Ukrayna səmasında sərnişin təyyarəsini vuranlar izi itirmək üçün raket qurğusunu ölkə ərazisindən çıxarıblar. Bunu Ukrayna daxili işlər nazirinin məsləhətçisi Anton Qeraşenko deyib. O bildirib ki, separatçılar zenit-raket qurğusu olan "Buk”u Rusiyaya keçiridiblər. Təyyarənin "qara qutu”su isə Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarına verilib. A.Qeraşenko deyib ki, bu məlumatların Ukrayna kəşfiyyatı tərəfindən əldə edilib: "Son məlumata görə, "Buk” Rusiyada məhv ediləcək. Bu terroru törədənlər də aradan götürüləcək. Təyyarənin "qara qutu”su isə Luqanskda saxlanılır. Bunun özü də məsələdən Rusiya prezidenti Putinin xəbərdar olmasını göstərir”.
Sorğu
Yeni dizaynımız necədir?