Gundemxeber.az » Dünya » Co Baydenə İranın neft zavodlarını vurmaq üçün çağırış edildi
“Fox News”un aparıcısı Şon Henniti ABŞ Prezidenti Co Baydeni Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücumlar fonunda İranın neft emalı zavodlarına zərbələr endirməyə çağırıb. Telekanalda o, dövlət başçısını “ciddi olduğunu” sübut etməyə çağırıb.
“Əgər Co Bayden dünyaya “ciddi olduğunu” göstərmək niyyətindədirsə, o, İranın neft emalı zavodlarını məhv etmək istəyə bilər. Zəif olduqları yerdən vurun onları!” - Henniti deyib.
O, həmçinin dövlət başçısını Vaşinqtonun Yaxın Şərqdəki siyasətinə görə tənqid edib.
“Co Bayden İraq və Suriyada ordumuza qarşı ötən həftə sonu baş verənlərə (ABŞ hərbi bazasına pilotsuz təyyarə hücumu) səbəb olan 200-ə yaxın hücuma göz yumdu. O, prezidentliyinin çox hissəsini İrana yaltaqlanmaqla, mollalara varlanmaq üçün kömək etməklə keçirib. Unutmayın ki, bunların heç biri Donald Trampın dövründə baş verməyib”, - deyə jurnalist qeyd edib.
Yanvarın 28-nə keçən gecə İrana məxsus pilotsuz təyyarə Suriya və İordaniya sərhədində yerləşən ABŞ hərbi bazasına hücum edib. 20-dən çox əsgər yaralanıb. Bu, Qəzzada müharibə başlayandan bəri ilk dəfə idi ki, Vaşinqton regionda vəziyyətin pisləşməsi səbəbindən itki verirdi.
Bundan əvvəl Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının qüvvələrinin komandanı Məhəmməd əl-Atifi ABŞ ilə uzunmüddətli qarşıdurmaya hazır olduğunu açıqlayıb.
Gundemxeber.az
20-10-2018, 11:43
20-09-2019, 15:38
18-07-2017, 14:44
13-03-2019, 11:36
6-09-2014, 12:49
Sorğu
Yeni dizaynımız necədir?