ABŞ İranın dünya bazarında neft satışına görə Rusiyadan kömək istəyə biləcəyini hesab edir.
Bu barədə ABŞ-ın Prezident Administrasiyasının yüksək rütbəli nümayəndəsi jurnalistlərə məlumat verib.
Rəsmi Vaşinqton Moskvanı bunu etməməyə çağırıb.
Xatırladaq ki, bu il mayın 8-də ABŞ Prezidenti Donald Tramp İranla "altılıq" ölkələri (ABŞ, Fransa, Rusiya, Çin, Böyük Britaniya və Almaniya) çıxdıqlarını açıqlamışdı. Həmin plan BMT Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən tətbiq olunan sanksiyaların ləğv olunması müqabilində İranın nüvə proqramının təxirə salınmasını nəzərdə tutan sövdələşmədir. Üstəlik, Donald Tramp əvvəlki, o cümlədən enerji sahəsini əhatə edən sanksiyaları bərpa edəcəklərini bildirmişdi. Həmin sanksiyaların bu il noyabrın 4-dən tətbiq olunacağı gözlənilir./report
Sorğu
Yeni dizaynımız necədir?