Avropa İttifaqı (Aİ) ölkələri martın 1-nə qədər Ukraynaya vəd edilən 1 milyon artilleriya mərmisi əvəzinə, cəmi 600 mini tədarük edə biləcək.
Gundemxeber.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Məlumata görə, sursat istehsalında davam edən gecikmələr və mövcud ehtiyatların tükənməsi ilə bağlı narahatlıqlar səbəbindən Aİ ölkələri Kiyevə 1 milyon mərmi tədarük planından xeyli geri qalacaq və cəmi 600 minə yaxın döyüş sursatı göndərmək mümkün olacaq. Xatırladaq ki, daha əvvəl Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen 2024-cü ildə mərmi istehsalını ildə 1 milyona çatdıracaqlarını vəd etmişdilər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?