Gundemxeber.az » Dünya » BMT-dən təcili açıqlama: Qəzza zolağında humanitar böhran pisləşir
""Rafah" qaçqın düşərgəsi “bombalamadan qaçan insanların dənizinə” çevrilib".
Bunu UNRWA-nın Qəzza məsələləri üzrə direktoru Tomas Uayt bildirib.
BMT-nin Yaxın Şərq üzrə Fələstin Qaçqınları Agentliyinin (UNRWA) bəyanatında deyilir ki, on minlərlə insan son bir həftə ərzində Rəfah vilayətinə qaçmağa məcbur olub. Halbuki orada artıq 1,4 milyondan çox insan məskunlaşıb ki, onlar müvəqqəti tikililərdə, çadırlarda, yaxud açıq havada yaşayırlar.
BMT-nin Ticarət və İnkişaf Konfransında ekspertlərin hazırladığı hesabata əsasən, İsrailin hərbi əməliyyatı Qəzzada iqtisadi tənəzzülü əhəmiyyətli dərəcədə sürətləndirib və 2023-cü ildə ÜDM-in 24% azalmasına səbəb olub.
Mütəxəssislərin fikrincə, hərbi əməliyyat dərhal başa çatsa belə, 2092-ci ilə qədər iqtisadiyyatın bərpası mümkün deyil.
Ötən ilin sonlarında ÜST aclıq, su çatışmazlığı, nəzarətsiz infeksion xəstəliklər və səhiyyə sistemində davam edən nasazlığın Qəzza zolağında ölüm hallarının qaçılmaz olaraq artmasına səbəb olacağını bildirib.
“Qəzza əhalisinin 93%-i hazırda misli görünməmiş aclıq çəkir, yüksək səviyyədə qida çatışmazlığı ilə üzləşir. Aclıq, yoxsulluq və ölüm qaçılmazdır”- deyə, ÜST ekspertləri bildirib.
27-10-2023, 15:29
31-03-2018, 11:18
27-06-2017, 17:45
5-12-2013, 08:47
27-03-2014, 09:09
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?