GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Şvabedən Bakıya yeni ittihamlar: “AŞ PA-nı dağıtmaq istəyirlər”

Şvabedən Bakıya yeni ittihamlar: “AŞ PA-nı dağıtmaq istəyirlər”

Tarix: 2-02-2024, 13:04 Bölmə :Dünya Baxış: 228

Prezidentliyə namizəd: “Azərbaycan AŞ PA-ya seçkini müşahidə etmək üçün dəvət göndərsəydi belə, başqa bir bəhanə ilə təzyiq edəcəkdilər”

Anti-Azərbaycan çıxışları ilə tanınan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Almaniyadan olan üzvü Frank Şvabe “Amerikanın Səsi”nə müsahibəsində yenə ittihamlarla çıxış edib. Şvabe iddia edib ki, Azərbaycanla bağlı vəziyyət olduqca pisdir, hətta guya Azərbaycan “AŞ PA-nın etimadını sarsıtmağa çalışır”. 

“Bununla bağlı bir neçə hal var ki, bizim məruzəçilərimizin ya ölkəyə girişinin qarşısı alınıb və ya orada olarkən, məsələn, həbsxanaları ziyarət etmələrinə, siyasi məhbuslara baş çəkmələri bir neçə dəfə mümkün olmayıb. Bu isə təşkilatın qaydalarına və ideyasına tamamilə ziddir”, - deyə o bildirib. “Son damla 7 fevralda keçiriləcək növbədənkənar seçkilərə dəvət olunmamağımızdır. Azərbaycan nəinki dəvət göndərməyib, eyni zamanda onlarla seçki müşahidə missiyası təşkil edib ki, bunları saxta seçki müşahidə missiyaları adlandırardım. Bu şəxslər dəvət olunaraq onlar üçün yaxşı proqram təyin edilir, səfərləri yaxşı şəkildə təşkil edilir. Sonda onlar sadəcə deməlidirlər ki, seçkilər yaxşı keçib. Həmçinin, ATƏT də dəvət edilib. Azərbaycanın üzv olduğu iki beynəlxalq qurum var ki, həmin qurumları seçkiləri müşahidə etmək üçün dəvət etməlidirlər. Biri ATƏT-dir, biri də AŞ PA. Siz "mən bu müşahidə missiyasını daha çox bəyənirəm" deyərək, sadəcə, bir qurumu dəvət edib, o birini etməyə bilməzsiniz". “

Frank Şvabe  iddia edir ki, AŞ PA-nın qərarı Qarabağla bağlı deyil. “Dağlıq Qarabağ sualı, necə istəyirsiniz adlandırın, Avropa Şurasındakı müzakirələrin mərkəzində deyil. Biz beynəlxalq hüquqa, BMT-nin qətnamələrinə sadiqik. Qarabağ və ya Dağlıq Qarabağ, necə istəyirsiniz adlandırın, Azərbaycanın bir hissəsidir. Ancaq bu təşkilat ərazi məsələlərinə baxmır. Avropa Şurası ərazi problemləri ilə bağlı qərar verə, həll yolu tapa bilməz, bununla Birləşmiş Millətlər və ya Minsk Qrupu kimi digər beynəlxalq qurumlar məşğul ola bilər. Avropa Şurasının belə bir səlahiyyəti yoxdur. Avropa Şurasının səlahiyyəti üzv ölkələrdə insan hüquqlarının, qanunun aliliyinin və demokratiyanın vəziyyətinə nəzarət etməkdir”. 

Almaniyalı deputat iddia edib ki, Ermənistan da  monitorinq altında ölkədir, “ancaq bir fərq var, Ermənistan xalqı ölkəni təmsil edən şəxsləri dəyişmək istəsə, bunu edə bilir”. 

Frank Şvabe deyib ki, Azərbaycanın AŞ PA-da,  bütün Avropa vətəndaşlarının Avropa İnsan Hüquqları Məhkəməsində üzv qalmasını istəyirlər: “Çünki bu, bir çoxları üçün milli səviyyədə əldə edə bilmədiklərini əldə edə bilməsi üçün son imkandır. Bizim etmək istədiyimiz budur. Bizim qapılarımız açıqdır. Əgər Azərbaycan desə ki, bəli, biz təşkilatın dəyərlərinə və qaydalarına hörmət edəcəyik, onlar ən qısa zamanda geri qayıtmağa dəvət ediləcəklər”. Alman deputat bunları da deyib: “Biz üzv ölkələrin məhkəmə qərarlarını icra etməsində israr edirik, Azərbaycanda bununla bağlı çoxlu problemlər var. Onlar təşkilatı dağıda, sarsıda bilməzlər. Əgər Azərbaycan qaydaları ciddiyə almırsa, qaydalar bizim üçün keçərli deyil və ya yarıkeçərlidir deyirsə, digər 45 ölkə niyə bütün qaydalara riayət etdiyini desin?! Onlar təşkilatı dağıdacaqlar, biz bunun baş verməsinə imkan verməyəcəyik”. Şvabenin iddialarına Bakıdan reaksiyalar olub. 

Elşad Musayev Prezident Adminstrasiyasında olub - Ayna.az

Elşad Musayev

Prezidentliyə namizəd Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, Qərbin müəyyən dairələrinin son dövrlər Azərbaycana qarşı qərəzi açıq-aşkar hiss olunur. Ermənistan üzərində qazandığımız qələbə görünür ki, çoxlarını yuxusuna haram qatıb. Ona görə də Azərbaycana qarşı ən müxtəlif bəhanələrlə təzyiq edirlər, hədələyirlər: “Anti-Azərbaycan çıxışları ilə tanınan Şvabe yenə də Azərbaycan əleyhinə ittihamlarla çıxış edib. Onun məhz indi bu cür çıxışlar etməsi bir daha təsdiq edir ki, əslində məsələnin kökündə Azərbaycanın Ermənistanın üzərində qələbə qazanması, Qarabağın azad olunması dayanır. Sadəcə olaraq, Şvabe və onun kmilər seçkilər, demokratiya, müşahidəçilərə dəvət göndərilməməsi məsələsini qəsdən qabardırlar və dramatikləşdirirlər. Azərbaycan AŞ PA-ya seçkini müşahidə etmək üçün dəvət göndərsəydi belə, yenə başqa bir bəhanə ilə Azərbaycana təzyiq edəcəkdilər. Çünki onların dərdi əslində erməni məsələsidir. Onlar Azərbaycanın Qarabağda suverenliyini bərpa etməsini, separatizm kartının əldən çıxmasını qəbul edə bilmirlər. Bunu dilə gətirə bilmədikdə isə başqa mövzuları gündəmə şişirdərək gətirməklə Azərbaycanı sıxmağa çalışırlar. Azərbaycanın hansı beynəlxalq təşkilatın müşahidəçilərini seçkiyə dəvət etməsi onun hüququdur. AŞ PA-nın müşahidəçiləri yoxdursa, o demək deyil ki, seçkilərə hansısa kölgə salınmalıdır. Bizim qarşımızda duran əsas məqsəd Şvabe kimilərinə cavab vermək yox, ölkəmizdə tam azad, ədalətli, demokratik seçkilər keçirməkdir. Biz bunu edəndə Şvabe kimilərini fakt qarşısında qoyacağıq və susduracağıq”. 

Politoloq Murad Sadəddinov isə bildirdi ki, Şvabenin çıxışı təəccüblüdür və bu fikirlər onun təmsil olunduğu təşkilata qeyri-adekvat siyasətçi olduğu rəyini yaradır: “Mən Azərbaycan Avropa Şurasına yeni daxil olduğu dövrdən uzun müddət aktiv QHT kimi orada fəaliyyət göstərmişəm, praktiki olaraq AŞ PA-nın sessiyalarında iştirak eləmişəm. Kifayət qədər bu təşkilatın iş prinsiplərini, fəaliyyətini bilirəm. 

Şvabe böyük siyasi qrup olan sosialistlər qrupunun və Almaniyanın nümayəndə heyətinin rəhbəridir. Çox təzadlı bir fiqurdur. Onun AŞ PA-nın anti-Azərbaycan mövqeyinin arxasında ancaq insan haqları, seçkilər dayandığını söyləməsi, sadəcə olaraq, riyakarlıqdır. Vaxtilə Rusiya Krımı işğal etdiyi üçün Avropa Şurasından çıxarılmışdı. Bir müddət sonra Avropa Şurası Rusiyanı geri qaytarma fikrinə düşmüşdü. Halbuki Krım azad edilməmişdi. O zaman da AŞ PA-da canfəşanlıq eləyən məhz bu Şvabe idi. Sual yaranır ki, əgər siz demokratiya, insan haqları, qanunun aliliyindən danışırsınızsa, məgər Rusiya irəli sürdüyünüz tələbləri yerinə yetirmişdi? İndi isə bu adam Azərbaycanın guya Avropa Şurası tələblərinə uyğun olmadığını, müşahidçilərin seçkiyə dəvət edilməməsini əsas göstərir. Hətta bəyan edir ki, Azərbaycan AŞ PA-nı dağıdır. AŞ PA-nı dağıdan, nüfuzdan salan onun qərəzli davranışları, işğalçının tərəfini tutması, zaman-zaman üzvlərinin korrupsiyaya, rüşvətə bulaşdığı barədə məlumatların meydana çıxmasıdır".

Murad Sadəddinov | Banker.az

Murad Sadəddinov

M.Sadəddinovun sözlərinə görə, Şvabenin müsahibəsindən həm də o görsənir ki, bu adam sanki incimiş kimidir və ATƏT-in nümayəndə heyətinin dəvət edilməsini elə bil qısqanır: “ATƏT-lə öz aralarında hansısa razılaşmaların pozulmasının hirsini sanki Azərbaycanın üstünə tökür. Hətta ATƏT-in müşahidə qrupunun korrupsiyalaşmış olduğu barədə ciddi ittiham irəli sürür. Məhkəmə sübutları olmadan bu ittihamı səsləndirmək şər atmaqdır. Şvabe necə ki, Azərbaycanı şərləyir, indi də ATƏT-ə şər atır. Seçkinin müşahidəçiliyi məsələsində ATƏT ən təcrübəli, ən ixtisaslaşmış təşkilatdır. Azərbaycan dövləti də məhz seçkinin müşahidəçiliyində dünyada ən böyük təcrübəyə və nüfuza malik beynəlxalq təşkilatı 7 fevral prezident seçkilərini müşahidə etmək üçün dəvət edib. Belə görünür ki, Avropa Şurasında bunu qısqanırlar. Avropa Şurasının müşahidəçiliyi ATƏT-lə müqayisə olunan səviyyədə deyil. Onların aralarında rəqabət, bir-birilərinə olan kin Azərbaycana da Şvabenin hücumlarında öz təsirini göstərir”. 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​“SƏSLƏRİN HESABLANMASINDA POZUNTULAR VAR” – AŞPA seçkilərlə bağlı ilkin rəyini açıqladı

    ​“SƏSLƏRİN HESABLANMASINDA POZUNTULAR VAR” – AŞPA ...

    10-02-2020, 19:07

  • 
  • Azərbaycan növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Avropa Şurasına dəvət göndərib

    Azərbaycan növbədənkənar parlament seçkilərini ...

    11-12-2019, 14:32

  • 
  • AŞPA-nın müşahidə missiyası Azərbaycandadır

    AŞPA-nın müşahidə missiyası Azərbaycandadır ...

    9-04-2018, 14:50

  • 
  • ATƏT DTİHB-nin beynəlxalq seçki müşahidə missiyası işini yekunlaşdırıb

    ATƏT DTİHB-nin beynəlxalq seçki müşahidə ...

    20-04-2018, 15:11

  • 
  • Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatlara seçkiləri müşahidə üçün dəvət göndərib

    Xarici İşlər Nazirliyi beynəlxalq təşkilatlara ...

    22-02-2018, 12:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (385)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu