Gundemxeber.az » Dünya » KİV: "Ərdoğan Vaşinqtona gedə bilər, Ankara ilə Vaşinqton arasında gərginlik azalıb"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-yə gedə bilər.
Bu barədə Türkiyənin “Hürriyət” nəşri yazıb.
Bildirilib ki, ABŞ Prezidenti Cozef Baydenin həmkarını Vaşinqtona dəvət etməsi mümkündür.
Qeyd olunub ki, Türkiyə Finlandiya və İsveçin NATO-ya üzvlüyünü təsdiqlədikdən sonra Ankara ilə Vaşinqton arasındakı gərginlik azalıb: “Əgər ABŞ F-16-larla bağlı irəliyə doğru addım atarsa, yeni vəziyyət yaranacaq”.
Nəşrin məlumatına görə, liderlər Yaxın Şərqdəki durumu, NATO-nun genişlənməsini, həmçinin F-16 qırıcı təyyarələrinin Türkiyəyə tədarükünü müzakirə edə bilərlər.
Qeyd edək ki, R.T.Ərdoğan yanvarın 25-də İsveçin Alyansa üzvlüyünü rəsmi olaraq təsdiq edib. Bundan sonra qırıcıların Türkiyəyə tədarükü ilə bağlı Ağ Ev Konqresə müraciət göndərib.
Gundemxeber.az
2-06-2021, 09:32
24-04-2021, 10:08
6-12-2023, 23:44
29-03-2023, 16:30
16-01-2015, 21:34
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?