GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Sergey Skripka: “Brodı-Plotsk” boru kəmərinin tikintisi Rusiya-Ukrayna müharibəsindən sonra başlaya bilər”

Sergey Skripka: “Brodı-Plotsk” boru kəmərinin tikintisi Rusiya-Ukrayna müharibəsindən sonra başlaya bilər”

Tarix: 5-02-2024, 16:48 Bölmə :Dünya Baxış: 158


“Xəzər hövzəsi ölkələrinin neft məhsullarının Avropa bazarına tədarükü üçün nəzərdə tutulan “Brodı-Plotsk” boru kəmərinin tikintisi yalnız Rusiya-Ukrayna müharibəsindən sonra başlaya bilər”.

Gundemxeber.az bildirir ki, bunu “Report”a açıqlamasında “Sarmatiya” Beynəlxalq Boru Kəməri Müəssisəsinin baş direktoru Sergey Skripka bildirib.

Onun sözlərinə görə, artıq bu, Ukraynanın bərpası Proqramına daxil edilib:

“Təbii ki, bu layihənin reallaşdırılmasında yaranan fasilə məcburi olub. “Sarmatiya”nın səhmdarlarından və iştirakçı dövlətlərdən heç biri bu layihədən imtina etməyib və etmir. Bizim təsisçilər şirkətin fəaliyyətinin davam etdirilməsi üçün dəstək göstərirlər. Bu da müvafiq qərar qəbul edilsə, Rusiya-Ukrayna müharibəsindən sonra bu layihənin reallaşması mərhələsinə başlamağa imkan verəcək”.

O qeyd edib ki, artıq indidən bu proqramın hansı illəri əhatə edəcəyini söyləmək çox çətindir:

“Ancaq ümid edirik ki, bu layihə müharibə bitdikdən sonra reallaşdırılacaq. Ancaq sevindirici haldır ki, bizim layihə Ukraynanın bərpası Proqramına daxil edilib. Məhz bundan sonra beynəlxalq donorlar, həmçinin Avropa İttifaqı tərəfindən maliyyə dəstəyi almaq mümkün olacaq”.

S.Skripka deyib ki, hazırda müəssisənin əsas işi boru kəmərinin tikintisi üçün ayrılmış ərazinin xüsusilə saxlamaqdır:

“Polşada boru kəmərinin tikintisi intensiv aparılır. Bununla bağlı ildə bir neçə dəfə “Sarmatia” boru kəmərinin keçdiyi ərazilərin də daxil olduğu marşrutun dəyişdirilməsi ilə bağlı keçirilən tədbirlərdə iştirak edir və bu ərazinin qorunub saxlanması üçün çalışır. Bu da layihənin gələcəkdə reallaşdırılmasına imkanlar verəcək”.

Qeyd edək ki, 20 iyun 2023-cü ildə Avropa Komissiyası Ukraynanın bərpası, yenidən qurulması və modernləşdirilməsinə dəstək üçün yeni mexanizmin yaradılmasını təklif edib. Ukraynaya Dəstək Mexanizmi 2024-2027-ci illər üçün Ukraynaya əlaqələndirilmiş və proqnozlaşdırıla bilən dəstək verəcək ixtisaslaşmış maliyyə alətinə çevriləcək.

Xatırladaq ki, Odessa Brodı-Adamova Zastava (Plotsk) neft kəmərinin tikintisi layihəsi Polşanın Baş naziri Donald Tusk ilə Ukraynanın Baş naziri Denis Şmıqal arasında yanvarın 22-də Polşa hökuməti başçısının Kiyevə rəsmi səfəri çərçivəsində baş tutan görüşün müzakirə mövzularından biri olub.

Ukrayna hökuməti başçısının sözlərinə görə, Ukrayna və Polşa enerji sahəsində əməkdaşlıq üçün böyük potensiala malikdirlər. Ukraynanın Baş naziri iki ölkənin neft nəqli sistemlərini birləşdirəcək yeni boru kəmərinin tikintisi üzrə işə başlamağa hazır olduğunu açıqlayıb. O, həmçinin vurğulayıb ki, Brodı-Adamova Zastava kəməri Avro-Asiya Neft Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində yeni neft nəqli marşrutunun bir hissəsi ola bilər.

Qeyd edək ki, “Sarmatia” Beynəlxalq Boru Kəməri Müəssisəsinin əsas iştirakçıları Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) (25,32% ), Gürcüstanın Georgian Oil and Gas Corporation Ltd (GOGC) (16,09%), Ukraynanın “Ukrtransnafta” (28,79%), Polşanın “Przedsiebiorstwo Eksploatacji Rurociagow Naftowych Przyjazn S.A.” (28,79%) və Litvanın “AB Klaipedos Nafta” (1%) şirkətləridir.

Brodı-Plotsk neft boru kəməri bugünkü gün Avrasiya Neft nəqli dəhlizinin çatışmayan əsas və yeganə hissəsindən biridir. Bu layihənin reallaşdırılması nəticəsində Xəzər hövzəsi ölkələri öz neft məhsullarını Avropa bazarına çıxarmaq üçün əsas etibarlı marşrut əldə edəcəklər. Marşrutun uzunluğu 377 km təşkil edir ki, bu boru kəmərinin də 120 km məsafəsi Ukrayna, 257 km hissəsi isə Polşa ərazisində inşa ediləcək.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vladimir Putin Angela Merkellə görüşüb

    Vladimir Putin Angela Merkellə görüşüb ...

    19-05-2018, 11:10

  • 
  • SOCAR "Petrofac"la Azərbaycanda dəstək xidmətləri sazişi imzalayıb

    SOCAR "Petrofac"la Azərbaycanda dəstək ...

    7-08-2020, 11:30

  • 
  • TAP layihəsi çərçivəsində Yunanıstana 700-dən çox boru gətirilib

    TAP layihəsi çərçivəsində Yunanıstana 700-dən çox ...

    19-08-2016, 00:31

  • 
  • Gürcüstan rəsmisi: "Bakı-Supsa neft kəməri fasiləsiz işləyəcək"

    Gürcüstan rəsmisi: "Bakı-Supsa neft kəməri ...

    28-07-2017, 14:28

  • 
  • Bu, Putinin növbəti zəfəri olacaq

    Bu, Putinin növbəti zəfəri olacaq ...

    25-02-2021, 17:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (356)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu