Gundemxeber.az » Dünya » Zəngin qadınları aldadan "Sevgi fırıldaqçısı" həbs olunub
Qadınların 300 min funt-sterlinqdən çox pulunu aldadaraq alıb dəbdəbəli həyat sürən “sevgi fırıldaqçısı” həbs edilib.
Gundemxeber,az xarici mətbuata istinadən xəbər verir ki, özünü uğurlu iş adamı kimi təqdim edən Cieran MakNamara İngiltərənin dörd bir yanından dörd varlı qadını aldadıb, onların sevgi münasibəti olduğuna inandırıb.
Chester Crown Məhkəməsindəki dinləmədə MakNamaranın daha sonra böhran yaşadığını iddia edərək, qadınlardan ona külli miqdarda pul göndərmələrini istəyib.
Daha sonra 37 yaşlı şübhəli dələduzluqda təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib.
"MakNamara fırıldaqçısıdır və mən inanıram ki, o, reallıq və fantaziya arasında fərqi ayıra bilməz. O, qurbanlarını bütün ölkədə mülkləri olan milyonçu olduğuna inandırıb, amma əslində işizdir", deyə şahid bildirib.
Ciaran Griffin, Christian McNamara və Myles McNamara kimi adlarla da tanınan MakNamaranın internet vasitəsilə, bahalı otel və klublarda olmaq üzrə müxtəlif üsullarla qadınlarla tanış olub.
MakNamara London və Çeşirdəki malikanələrdə çəkdirdiyi fotoşəkilləri göstərərək qadınları yüksək qiymətli əmlak portfelinə sahib olduğuna inandırıb.
Polisin dediyinə görə, o, dünyanı gəzərkən, qadınlara hədiyyələr yağdırarkən, onları bahalı yeməklərə apararkən çəkilmiş şəkillərini də paylaşıb.
Sonradan məlum olub ki, o, zərərçəkənlərin xəbəri olmadan öz həyat tərzini maliyyələşdirmək üçün başqa qadınlardan aldadaraq aldığı pullardan istifadə edib.
Zərərçəkənlərdən biri şübhələndikdən və polislə əlaqə saxladıqdan sonra MakNamara tərəfindən icarəyə götürülmüş anbara basqın zamanı təxminən 19500 funt-sterlinq dəyərində məhsullar, o cümlədən 1900 funt-sterlinq dəyərində "Burberry" Palto, 400 funt-sterlinq dəyərində Burberry" şərf, "Gucci" idman ayaqqabısı və "Ping" qolf dəsti aşkarlanıb.
MakNamara məxsus digər aktivlərin tapılması ilə bağlı araşdırmalar davam edir və ələ keçirilən əşyaların cinayət dinləməsindən əldə edilən gəlirlərə tabe olacağı paylaşılıb.
Gundemxeber,az
9-07-2018, 12:21
19-12-2015, 20:19
29-07-2019, 16:05
30-08-2015, 12:28
25-04-2016, 11:35
Sorğu
Yeni dizaynımız necədir?