Gundemxeber.az » Dünya » Baydenin məxfi sənədlərlə səhv davranması ilə bağlı təhqiqat başa çatıb
Xüsusi prokuror Robert Hyor ABŞ Prezidenti Cozef Baydenin məxfi sənədlərlə səhv davranması ilə bağlı araşdırmasını başa çatdırıb.
Gundemxeber.az-in məlumatına görə, bunu ədliyyə naziri - baş prokuror Merrik Qarlend ABŞ Konqresinin Nümayəndələr Palatasının və Senatının hüquq komitələrinin rəhbərlərinə ünvanladığı məktubda bildirib.
“Sizə məlumat verirəm ki, xüsusi prokuror Robert Hyor araşdırmasını başa çatdırıb”, - məktubda qeyd edilir. “Mən qanunun və Departamentin siyasətinin tələblərinə uyğun olaraq, xüsusi prokurorun hesabatından mümkün qədər çox məlumatı açıqlamaq niyyətindəyəm”, - o əlavə edib.
Qarlend vurğulayıb ki, hesabatı, onun əlavələrini və xüsusi prokurorun məktubunu tezliklə Konqresə təqdim etmək niyyətindədir.
Gundemxeber.az
11-01-2018, 17:39
3-10-2019, 10:30
29-11-2018, 11:38
10-08-2018, 16:24
14-07-2018, 13:21
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?