Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Ukrayna ordusunun yeni baş komandanı Aleksandr Sırski haqqında danışıb.
Gundemxeber.Az xarici mediaya istinadla xəbər verir ki, siyasətçinin sözlərinə görə, o, nəhəng ölkənin (SSRİ-ni nəzərdə tutur) dağılmasında rolu olan hər kəsə, ayrıca Rusiya və Ukraynanı “yeni vətəndaş müharibəsinə” sövq edən Qərb ölkələrinə nifrəti edir.
“Sovet-rus zabiti olan, lakin andını pozaraq faşistlərə xidmət edən, yaxınlarını məhv edən Bandera xaini olan bir insana nifrət edirəm”, - Medvedyev Sırskinin təyinatına münasibətini bildirib.
“Qoy onun ayaqları altında torpaq yansın!” - deyə siyasətçi yekunlaşdırdı. 1-2 il əvvəl Ukraynadan danışarkən təhqiramiz ifadələr işlədən, söyüş yazan eks-prezidentin hazırda qarğışa keçməsi diqqəti cəlb edir.
Rusiya mediası isə Sırskini “Qəssab”, “General-200” (cəsəd yüklərinin nömrəsi) adlandıraraq, özlərini elə göstərirlər ki, sanki Sırskinin komandanlığı altında olan qüvvələrin çox itki verməsindən təəssüflənir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?