“Gündəm Xəbər” Rusiya KİV-ə istinadla xəbər verir ki, «Korrupsiya ilə mübarizə fondu»nun (KMF) araşdırmalarına görə, ölkənin Baş naziri Dmitri Medvedyev gerçək bir əmlak imperiyasının sahibidir. Fondun yeni araşdırması bu mövzuya həsr olunub. Bu «imperiya» həm Rusiyada, həm də xaricdə olan saraylardan, yaxtalardan, üzüm sahələrindən və kənd təsərrüfatı əkin sahələrindən ibarətdir. Müxalifətçi Aleksey Navalnı iddia edir ki, hökumətin sədri Rusiyada ən ciddi korrusionerlərdən biridir. Fondun təsdiqlədiyinə görə, Medvedyev evlərdən birini iş adamı Əlişir Usmanovdan hədiyyə olaraq alıb. Araşdırmaya əlavə olunmuş «Rossreyestr»in arayışı bu faktı təsdiqləyir. KMF-nun direktoru Roman Rubanov rüşvət alma faktı üzrə Baş nazir Medvedyevə və Əlişir Usmanova qarşı cinayət işinin açılması tələbi ilə İstintaq Komitəsinə (İK) ərizə verib. Ərizədə deyilir ki, Əlişir Usmanov 2010-cu ildə sosial əhəmiyyətli dövlət layihələrinə dəstək Fonduna əvəzsiz olaraq, Moskva ətrafında (Znamenskdə) yaşayış evi ilə birlikdə torpaq sahəsi verib. Fond iddia edir ki, Usmanov dövlət kontraktları və Medvedyevin qərarları ilə bağlı olduğu səbəbindən, torpaq sahəsinin əvəzsiz verilməsini rüşvət hesab etmək üçün hər cür əsas var. KMF-da bu mülkü 5 milyard rubl qiymətləndiriblər. Bundan başqa, Rubanov «talan etmə» maddəsi üzrə də iş açılmasını tələb edir. Belə ki, Medvedyevlə bağlı olan «Dar» qeyri-kommersiya layihələri bölgə Fondu öz nizamnamə tələblərinin əksinə olaraq, əmlak üzərində sərəncamçı qismində çıxış edir. Məsələn, bu Fond ətraf mühitin qorunması və əlillərin dəstəklənməsi ilə heç bir əlaqəsi olmayan digər Fondun sərəncamına daşınmaz əmlak verib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?