Gundemxeber.az » Dünya » Ukraynadan fərqli olaraq Rusiya Ermənistana qarşı niyə bu qədər səbr nümayiş etdirir?
Paşinyan Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfər edərsə, həbs olunmayacağı ilə bağlı təminat da verməyib...
Politoloq: “Putin Ermənistana gəlsə, Paşinyanın onu həbs etdirməsi təbii ki, real deyil. Çünki Rusiya Ermənistanı bir gündə məhv edərr”.
“Bəzən Paşinyanı “Qafqazın ikinci Saakaşvilisi” adlandırırlar. Təbii ki, bu kökündən yanlış fikirdir”.
Bu sözləri politoloq Zeynal Əmrəliyev Paşinyanın yenidən Rusiyaya qarşı çəxmasını Poliqon-a şərh edərkən qeyd edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Ukraynaya qarşı müharibədə Rusiyanın müttəfiqi olmadığını bildirib. Paşinyan bunun reallıq olduğunu söyləyib. Baş nazir əlavə edib ki, Ermənistanın ABŞ, Fransa və ya digər tərəfdaşlarla təhlükəsizlik sahəsində əməkdaşlığı digər tərəfdaşlara qarşı yönəlməyib. Eyni zamnda Paşinyan Rusiya prezidenti Vladimir Putinin Ermənistana səfər edərsə, həbs olunmayacağı ilə bağlı təminat da verməyib və bu məsələnin məhkəmənin səlahiyyətində olduğunu bildirib.
Rusiyalı politoloq Sergey Markov Pisə aşinyanın açıqlamasına çox sərt reaksiya verib. O bildirib ki, Moskva bütün bunların fərqindədir.
Bəs, Kreml Paşinyanın anti-Rusiya addımlarına niyə göz yumur? Ukrayna belə bu şəkildə Rusiyaya qarşı çıxmadığı halda Putin bu ölkəyə müharibə açdı. Ermənistana qarşı Moskvanın bu qədər səbrli davranmasının səbəbi nədir?
Rusiya-Ermənistan münasibətlərini Poliqon-un əməkdaşı politoloq Zeynal Əmrəliyev ilə müzakirə edib.
Zeynal Əmrəliyev: “Rusiya da yaxşı bilir ki, bu məsələ sırf Qərbə özünü yaxşı göstərmək üçündür”.
Rusiyanın Ermənistana lazımi cavabı verəcəyini düşünən politoloq Poliqon-a açıqlamasında qeyd edib ki, bu hərbi müdaxilə olmasa belə, Ermənistan bunun əvəzini misli ilə ödəyəcək:
“Paşinyan nə qədər belə danışsa da, onun ikitərəfli oyun oynadığını hər kəs bilir. Tarix boyu Ermənistanı idarə edənlər gah Rusiya, gah da Qərbə satılaraq ikitərəfli siyasi dönüklük nümayiş etdiriblər. Bunu bütün paytaxtlarda bilirlər. Putin Ermənistana gəlsə, Paşinyanın onu həbs etdirməsi təbii ki, real deyil. Çünki Rusiya Ermənistanı bir gündə məhv edər.
Rusiya da yaxşı bilirlər ki, bu məsələ sırf Paşinyanın Qərbə özünü yaxşı göstərməsi üçündür. Fransadan hazırda Ermənistana silah gəlir. Avropa qurumları, ABŞ institutları Ermənistanın xeyrinə addımlar atır. Paşinyan da bunu bilir və öz işini sağlam tutur.
Bəzən Paşinyanı “Qafqazın ikinci Saakaşvilisi” adlandırırlar. Təbii ki, bu kökündən yanlış fikirdir. Paşinyanda o hünər hardadı ki, Rusiyaya qarşı tam qarşı gəlsin. Onun etdiyi sadəcə özünü satmaqdır. İki fərqli qütbə xidmət etmək, bunu ancaq öz əqidəsi olmayanlar bacara bilər. Ermənistan rəhbərliyi üçün əsas olan maddi resuslardır. Yoxsa Ermənistan rəhbərliyinin Ukraynadakı insan tələfatı vecinə də deyil.
Əlbəttə, Rusiya Ermənistana lazımi cavabı verəcək. Bu hərbi müdaxilə olmasa belə, Ermənistan bunun bədəlini ödəyəcək”.
Gundemxeber.az
13-09-2018, 11:47
18-07-2018, 16:56
15-12-2018, 12:12
28-04-2018, 12:23
24-07-2018, 22:54
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?