Gundemxeber.az » Dünya » Seneqalda hakimiyyət etiraz aksiyalarını qadağan edib və interneti söndürüb
Seneqal hakimiyyəti çərşənbə axşamı mobil internet xidmətlərini dayandırıb və prezident seçkilərinin təxirə salınmasına qarşı nümayişləri qadağan edib...
Gundemxeber.az xəbər verir ki, bu barədə Almaniyanın DW telekanalı məlumat yayıb.
Prezident Makki Sallın ənənəvi olaraq sabitliyin hökm sürdüyü Seneqalda son 10 ilin ən pis böhranlarından birinə səbəb olan prezident seçkilərini fevralın 25-dən dekabrın 15-nə təxirə salmaq qərarından sonra baş verən zorakı etirazlarda üç nəfərin öldürüldüyü bildirilir.
Beynəlxalq müşahidəçilər, xüsusən də Fransa və BMT ölkədə artan gərginlikdən narahat olduqlarını bildiriblər.
Bunun fonunda dünən ölkə hakimiyyəti yerli fəal qrupların təşkil etdiyi etiraz yürüşünü qadağan edib və bildirib ki, bu tədbir ölkə paytaxtında nəqliyyatın hərəkətini ciddi şəkildə pozacaq.
Eyni zamanda, səlahiyyətlilər bu ay ikinci dəfə mobil internetə çıxışı dayandırıb. Rabitə Nazirliyi sosial mediada artıq şiddətli nümayişlərə səbəb olan bir neçə təxribat xarakterli nifrət mesajlarının yayılmasına istinad edib.
8 gün əvvəl parlament prezident Sallinın seçkiləri təxirə salmaq qərarını dəstəklədiyi zaman mobil məlumatlara giriş artıq müvəqqəti olaraq məhdudlaşdırılmışdı.
Seneqal prezidenti Makki Sall fevralın 25-nə təyin edilmiş prezident seçkilərinin təxirə salındığını açıqlayıb. Sall bildirib ki, o, seçkiləri namizədlər siyahısı ilə bağlı mübahisə və siyahını tərtib edən konstitusiya orqanında korrupsiyaya yol verdiyinə görə təxirə salıb.
İki namizəd - Dakarın keçmiş meri Xəlifə Sall və müxalif siyasətçi Əli Nquyel seçkilərin təxirə salınmasına məhkəmədə etiraz edəcəklərini vəd ediblər
Gundemxeber.az
30-11-2012, 22:35
3-12-2018, 10:58
5-02-2017, 14:24
15-04-2019, 23:35
14-01-2018, 18:34
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?