Birləşmiş Ştatlar Tayvana son 30 ildə ən böyük silah və hərbi texnika tədarükünə dair sazişləri təsdiqləyib.
GundemXeber.Az xarici mediaya istinadla bildirir ki, bu barədə ABŞ dövlət katibinin silahlara nəzarət və beynəlxalq təhlükəsizlik üzrə müavini Bonni Cenkins bildirib.
“Biz Tayvan boğazında sülhü və sabitliyi qorumaq, adanın özünümüdafiə imkanlarını gücləndirmək üçün onlarla sıx əməkdaşlıq edirik”, - deyə Cenkins bildirib.
Qeyd edək ki, Birləşmiş Ştatlar 1979-cu ildə Tayvanla diplomatik əlaqələri kəsib və Çin Xalq Respublikası ilə əlaqələr qurub. Vaşinqton “vahid Çin” siyasətini tanımaqla yanaşı, eyni zamanda Taypey administrasiyası ilə əlaqələri davam etdirir. ABŞ Tayvanın əsas silah tədarükçüsüdür. Çin Xarici İşlər Nazirliyinin məlumatına görə, bir neçə il ərzində adaya ABŞ hərbi tədarükünün ümumi həcmi 70 milyard dolları ötüb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?