"Biz ABŞ-ı bölgədə sülh və sabitlik üçün təhrikedici xarakterli çıxışlar və ya əməllərdən çəkinməyə çağırırıq".
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Çinin ABŞ-dakı səfirliyinin bəyanatında bildirilib.
Məlumata görə, ABŞ-ın "Lassen" raket daşıyıcısı Yaponiyanın Yokosuka adasındakı bazasından Cənub Çin dənizindəki Spratli (Nanşa) arxipelaqı yaxınlığında Çinin saldığı süni adaların yaxınlığında patrul xidmətini həyata keçirib.
Çin tərəfi məsələ ilə bağlı daha sonra bildirib ki, azad nəqliyyat və uçuş hərəkəti başqa dövlətin "suverenliyi və təhlükəsizliyini təhdid etmək üçün əzələ nümayişi göstərməsinə bəhanə olmamalıdır".
Qeyd edək ki, Yaponiya hökuməti Çinin həmin ərazidə süni adalar tikməsinə etiraz edib.
Filippin hökuməti isə ABŞ hərbi gəmisinin həmin ərazidə patrul xidməti keçməsini alqışlayıb.
Xatırladaq ki, Cənub dənizi neft, təbii qaz və balıqçılıq baxımından zəngin qaynaqlara malikdir. Həmin adalara Tayvan, Çin, Bruney, Malayziya, Vyetnam, Filippin də iddia edirlər.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?