Gundemxeber.az » Dünya » İstintaq Komitəsi Navalnının ölümü ilə bağlı araşdırmalara başlayıb - YENİLƏNİB-2
İstintaq Komitəsi siyasətçi Aleksey Navalnının ölümü ilə bağlı araşdırmaya başlayıb.
Məlumata görə, A.Navalnının 3 saylı cəzaçəkmə müəssisəsində ölümü ilə bağlı prosessual təhqiqat təşkil edilib. Bildirilib ki, qurumun əməkdaşları hadisənin başvermə şəraitinin aydınlaşdırılmasına yönəlmiş kompleks istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.
Həkimlər Aleksey Navalnının ölümünün səbəblərini öyrənməlidirlər.
Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Navalnının ölümü ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə məlumat verilib.
O, həmçinin qeyd edib ki, Federal Penitensiar Xidmət bütün yoxlamaları həyata keçirir: “Burada xüsusi göstərişlərə ehtiyac yoxdur”.
Qeyd edək ki, İctimai Nəzarət Komissiyası Navalnının səhhətinə dair heç bir şikayətin olmadığını bəyan edib.
"Rossia Today"ın mənbəyinin məlumatına görə, Navalnıda qan laxtalanıb.
Siyasətçinin vəkili Leonid Solovyov müvəkkilinin ölümü ilə bağlı xəbəri şərh etməkdən imtina edib.
"Aleksey Navalnının ailəsinin qərarı ilə mən heç nəyi şərh etmirəm. İndi biz buna baxırıq. Çərşənbə günü Alekseyin vəkili onun yanında idi. O zaman hər şey yaxşı idi", - vəkil bildirib.
Rusiyanın Penitensiar Xidməti Navalnının ölümünün səbəblərini aydınlaşdırmaq üçün onun olduğu koloniyaya komissiya göndərib. Bu barədə Penitensiar Xidmətdən bildirilib.
Rusiyalı müxalifətçi Aleksey Navalnı Yamalo-Nenets Muxtar Dairəsinin Karp qəsəbəsindəki cəzaçəkmə koloniyasında ölüb.
Gundemxeber,az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hazırda onun ölüm səbəbləri araşdırılır.
Federal Penitensiar Xidmətdən bildirilib ki, o gəzinti zamanı özünü pis hiss edib, huşunu itirib və hadisə yerinə gələn həkimlər onun öldüyünü təsdiqləyiblər:
"Hadisə yerinə dərhal müəssisənin tibb işçiləri gəlib, təcili tibbi yardım briqadası çağırılıb. Bütün zəruri tibbi yardım tədbirlər aparılıb, lakin bu müsbət nəticə verməyib. Təcili yardım həkimləri məhkumun ölümünü təsdiqləyiblər. Ölümün səbəbləri araşdırılır".
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, siyasətçinin ölüm səbəbinə tibb işçiləri qiymət verməlidir.
Xatırladaq ki, Aleksey Navalnının 47 yaşı var idi.
Fevralın 14-də siyasətçinin mətbuat katibi Kira Yarmış bildirmişdi ki, Navalnı həbsdə olduğu müddətdə 27-ci dəfə cəzaçəkmə kamerasına göndərilib../report,az/
16-08-2021, 16:54
11-02-2016, 21:33
6-01-2018, 18:44
19-02-2021, 13:19
28-01-2018, 20:47
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?