Gundemxeber.az » Dünya » Alman məmurlar özləri də bilmədən NATO-nun hərbi sirrini Rusiyaya veriblər
“Şimal axını 2”nin tikintisini planlaşdıran alman məmurlar həbs oluna bilərlər. Belə ki, onlar qaz kəmərinin planlaşdırılması icazəsində NATO ilə bağlı məxfi məlumatları dərc ediblər.
Gundemxeber,.az xarici mediaya istinadla bildirir ki, 2018-ci ilin yanvarında Stralsund şəhərinin dağ-mədən departamenti öz saytında “Şimal axını 2”nin planlaşdırılması icazəsi”ni dərc edib. Sənədin 556-cı səhifəsində Almaniya Müdafiə Nazirliyinin “məxfi, yalnız rəsmi istifadə üçün” kimi təsnif edilən məlumatları olub. Bu məlumatlarda NATO sualtı qayıqlarının fəaliyyət göstərdiyi ərazilər və oradakı silahların sayı barədə məlumatları aşkar edilib.
Qeyd olunur ki, bu, Almaniya Müdafiə Nazirliyinin məxfi məlumatlarıdır və ciddi şəkildə rəsmi istifadə üçün nəzərdə tutulub.
Bununla əlaqədar Almaniya Baş Prokurorluğu yoxlamalara başlayıb. Dövlət sirrini açıqlayan işçiləri beş ilə qədər həbs gözləyir.
Xatırladaq ki, 2022-ci ilin sentyabrın 27-də Rusiya qazını Avropaya nəql edən əsas marşrutda - “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində iki partlayış baş verib.
Gundemxeber.az
13-02-2018, 20:00
17-01-2013, 11:35
9-11-2017, 12:40
4-01-2019, 22:51
8-04-2019, 12:55
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?