Onlar NATO və Avropa İttifaqının Azərbaycanla bağlı planları barədə məlumat veriblər
Almaniyanın Ştutgard şəhərində Rusiya xeyrinə casusluqda ittiham olunan ər-arvadın işi üzrə məhkəmə başlayıb. Onlar Almaniyada hələ ötən əsrin 80-ci illərindən qanunsuz kəşfiyyatçı kimi casusluq ediblər. Onlar Avstriyalı Andreas və Haydrun Anşlaq adına saxta sənədlərlə Almaniyaya gəliblər Bu cüt 20 il sovet, sonradan isə Rusiya hakimiyyətinə NATO və Avropa İttifaqının fəaliyyəti haqqında məxfi məlumatları ötürür, habelə Rusiya Xarici Kəşfiyyat Xidmətinə Almaniyanın siyasət və müdafiə məsələləri ilə bağlı məsləhətlər verirdilər. 2009-cu ildə Anşlaq almaniyalı diplomat Raymond Valentino Puterayı cəlb edərək, ondan NATO və Aİ-nin sənədlərini alıb. Casusa əməkdaşlığa görə guya ümumilikdə 72 min avro pul ödənilib. İstintaqın məlumatına görə, bu məlumat Avropada RƏM sisteminə, alyansın Kosovo, Əfqanıstan və Liviyadakı münaqişələrdə iştirakına, NATO və Aİ-nin Gürcüstan və Azərbaycanla bağlı siyasətinə aid idi. Almaniya əks-kəşfiyyatının Anşlaq ailəsindən 2011-ci ilin avqust ayında Amerika xüsusi xidmətlərinin işarəsi ilə xəbəri olub. Qanunsuz kəşfiyyatçıların Almaniya ərazisinə o vaxt KQB əməkdaşı, hazırda isə Rusiya prezidenti olan Vladimir Putinin orada Drezden SSRİ-ADR Dostluq Evinin direktoru vəzifəsində işlədiyi zaman daxil olması diqqət çəkir. Casuslar 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilərlər.
Sorğu
Yeni dizaynımız necədir?