Gundemxeber.az » Dünya » Finlandiya və Polşa öz ərazisində nüvə silahının yerləşdirməsinin əleyhinə çıxdı
“Helsinki öz ərazisində ABŞ-nin nüvə silahını yerləşdirməyi planlaşdırmır”.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu açıqlama ilə Finlandiyanın Baş naziri Petteri Orpo çıxış edib.
Finlandiya rəsmisi bildirib ki, ABŞ-nin nüvə silahlarının Finlandiyada yerləşdirilməsinə ehtiyac yoxdur, çünki NATO nüvə silahlarından istifadədən çəkinməyi təmin edir.
“Nüvə silahları alyansın bir neçə ölkəsində yerləşdirilib və bu kifayətdir”, - deyə Petteri Orpo fikrini tamamlayıb.
Oxşar məzmunlu açıqlama ilə Polşa rəsmisi çıxış edib.
“Mən istərdim ki, bu element (nüvə silahını nəzərdə tutur - red.) ölkəmizin ərazisində olmasın”, - deyə Polşanın milli müdafiə nazirinin müavini Stanislav Vzentek söyləyib.
O qeyd edib ki, hazırkı vəziyyətdə Polşada nüvə arsenalının yerləşdirilməsi ölkənin təhdid potensialının səviyyəsini artırar.
Gundemxeber.az
17-07-2019, 14:18
24-04-2017, 10:46
4-03-2016, 11:45
11-01-2016, 13:56
22-02-2018, 12:21
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?