Rusiya prezidenti Vladimir Putin Şimali Koreya lideri Kim Çen Ina Rusiya istehsalı olan avtomobil hədiyyə edib.
Gundemxeber.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Avtomobilin markası və modeli göstərilmir. KCNA-nın məlumatına görə, Şimali Koreya lideri üçün hədiyyəni fevralın 18-də bacısı, Koreya Fəhlə Partiyasının (WPK) Mərkəzi Komitəsinin şöbə müdirinin müavini Kim Yo Conq, eləcə də WPK Mərkəzi Komitəsinin üzvü Park Çonq Çon qəbul edib.
Kim Yo Conqun sözlərinə görə, hədiyyə iki ölkə liderləri arasında qurulan xüsusi dostluq əlaqələrinin bariz göstəricisi kimi xidmət edir və ən yaxşı hədiyyədir. O, Rusiya prezidentinə minnətdarlığını çatdırıb.
2023-cü ilin sentyabrında Putin Kim Çen Ina Rusiyanın "Arus" limuzinini göstərib. Bu, Şimali Koreya liderinin Rusiyaya səfəri zamanı baş verib.
Putin iki dövlət başçıları arasında danışıqların keçirildiyi Vostoçnı kosmodromunda görüş yerinə "Aurus" limuzini ilə gəlib. Rusiya prezidenti bunu Kim Çen Ina nümayiş etdirib.
Şimali Koreya lideri maşını yoxlayıb, sonra arxa oturacaqda əyləşib. Eyni zamanda, Putin Kim Çen Ina avtomobilin xüsusiyyətləri barədə məlumat verib. Daha sonra onlar başqa bir "Arus" markalı avtomobilə baxış keçiriblər.
Sorğu
Yeni dizaynımız necədir?