Gundemxeber.az » Dünya » ABŞ sakinlərindən eksperimental meymunlar üçün şəhər tikmək planına ETİRAZ
ABŞ sakinləri eksperimental meymunlar üçün şəhər tikmək planına qarşı etiraz edirlər.
Qeyd olunub ki, “Safer Human Medicine” şirkəti bu yaxınlarda ABŞ-nin Corciya ştatında tibbi tədqiqatlar məqsədi ilə meymun yetişdirmək üçün şəhərcik tikmək barədə icazə alıb.
Plana əsasən, əczaçılıq şirkətlərinə, universitetlərə və laboratoriyalara satılmaq üçün Corciya ştatının cənub-qərbindəki Beynbric şəhəri kənarında yerləşən 200 hektarlıq ərazidə 30 min uzunquyruqlu makaka yetişdiriləcək.
Yerli sakinlər və heyvan haqları üzrə fəallar meymun şəhərciyinin yaradılmasına qəti etiraz edərək bildiriblər ki, primatların tibbi müayinə üçün yetişdirilməsi qəddarlıqdır və növlər arasındakı fərqlərə görə insanlar üçün yeni müalicə üsullarının işlənib hazırlanmasında səmərəsizdir.
Qeyd edək ki, heyvanlar üzərində həyata keçirilən tibbi sınaqların böyük əksəriyyəti gəmiricilər üzərində aparılır.
Gundemxeber.az
16-09-2014, 11:12
9-10-2016, 17:53
23-01-2017, 11:01
22-01-2016, 13:35
29-01-2020, 11:23
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?