Gundemxeber.az » Dünya » Japarov Kazana pul və yaxşı münasibət üçün gəlib
Bu gün Tatarıstanın paytaxtı Kazanda Rusiya və dünyanın bir sıra ölkələrinin prezidentlərinin, o cümlədən Qazaxıstan, Özbəkistan, Tacikistan, Belarus və Qırğızıstanın dövlət başçılarının iştirakı ilə “Gələcəyin oyunları” beynəlxalq çoxnövlü idman turnirinin açılış mərasimi keçirilir.
Gundemxeber.az Rusiya mediasına istinadla xəbər verir ki,. Qırğızıstan prezidenti Sadır Japarov Rusiya lideri Vladimir Putin və Tatarıstanın rəhbəri Rüstəm Minnixanovla ikitərəfli danışıqlar aparmağı planlaşdırıb.
Bildirilir ki, Japarova pul, yeni layihələr və Rusiya ilə münasibətlərin yaxşılaşması lazımdır. Qarşıda onu seçkilər gözləyir və bu, onun hakimiyyətdə möhkəmlənərək qalib gəlmək şansını artırır.
“Nezavisimaya qazeta” nəşri yazır ki, 2023-cü il Sadır Japarov üçün Kremllə münasibətlərdə dönüş nöqtəsi olub. Oktyabr ayında Vladimir Putin Qırğızıstanda iki günlük rəsmi səfərdə olub və iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlığı yüksək qiymətləndirib. Görüş zamanı bildirilib ki, Rusiya respublikaya 3 milyard dollar həcmində sərmayə qoymaq niyyətindədir.
GUNDEMXEBER.AZ
15-10-2020, 21:28
28-06-2019, 11:28
7-09-2018, 15:41
13-10-2023, 19:21
4-07-2019, 10:30
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?