Gundemxeber.az » Dünya » NATO baş katibindən Ukrayna ilə bağlı ÇAĞIRIŞ
“Ukrayna Silahlı Qüvvələri hazırda cəbhədə çox çətin vəziyyətdədir”.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, bu açıqlama ilə NATO Baş katibi Yens Stoltenberq çıxış edib.
O vurğulayıb ki, Ukrayna ordusunun çətinlik çəkməsi, həmçinin, NATO ölkələrinin Kiyevə lazımi miqdarda silah tədarük etməməsi ilə bağlıdır.
Y.Stoltenberq Avdeyevkanın Ukrayna ordusunun nəzarətindən çıxmasına da toxunub.
“Biz rusların bəzi nailiyyətlərini, o cümlədən Avdeyevkanın ələ keçirilməsini də gördük. Bu, ciddi məsələdir”.
NATO baş katibi Alyans üzvlərini Kiyevə dəstəyi gücləndirməyə çağırıb.
Xatırladaq ki, fevralın 17-də Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski qoşunların Avdeyevkadan çıxarılması barədə qərar qəbul edib.
Gundemxeber.az
28-06-2017, 16:21
16-08-2014, 13:06
8-07-2016, 23:31
27-06-2015, 05:35
19-11-2017, 17:43
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?