Gundemxeber.az » Dünya » Zelenski övladları ilə həftədə bir dəfə və bir neçə saatlığa görüşür
Ukraynanın birinci xanımı Yelena Zelenskaya deyib ki, gərgin iş qrafikinə görə prezident Volodimir Zelenski uşaqları ilə həftədə təxminən bir dəfə və bir neçə saatlığa görüşür...
Gundemxeber.az xəbər verir ki, bu barədə Zekebskaya "Pirs Morqan" nəşrinə müsahibəsində bildirib.
"Uşaqlar ataları ilə həftədə bir dəfə bir neçə saat görüşürlər. Bəzən ezamiyyətdə olanda daha az olur. Onu daha tez-tez Prezident Aparatında görürəm, çünki mənim ofisim oradadır. Bəzən zəng vura bilərəm. Əgər o, məşğul deyilsə, mən onun yanına gedə bilərəm", deyə Zelenskaya bildirib.
Ukrayna nın birinci xanımı həmçinin bildirib ki, bəzən əri ilə birlikdə nahar edə bilirlər, lakin bu, tez-tez baş vermir:
"Cədvəllərimiz müxtəlif olduğuna görə bəzən danışmaq belə çətin olur. Yəni biz indi belə paralel həyatı yaşayırıq".
Eyni zamanda Zelenskaya qeyd edib ki, onun belə şeylərdən şikayət etməsi düzgün olmaz, çünki hazırda bir çox ukraynalı ailələrin vəziyyəti daha pisdir, bir çox ailələr ayrılıb.
Bununla belə, Yelena Zelenskaya vurğulayıb ki, övladları və ümumilikdə ukraynalı uşaqlar uşaqlıqlarını qiymətli illərini daha müxtəlif hadisələrlə, səyahətlərlə, təhsillə, inkişafla keçirmək əvəzinə, hamı müharibə vəziyyətində keçirirlər.
"Təbii ki, biz uşaqların az-çox normal yaşayışını təmin etməyə çalışırıq: qızımız universitetdə 2-ci kursda oxuyur, oğlumuz məktəbə gedir. Ancaq övladlarınız üçün heç nə planlaşdıra bilməyəndə, onlarla xəyal qura bilməyəndə çətindir. Bu iki il ərzində biz onları emosional olaraq doyuracaq çox şey planlaşdırmış olardıq. Əvəzində onlar fasilədə, istirahət etmədən yalnız müharibə haqqında düşünürlər", deyə birinci xanım bildirib.
Onun sözlərinə görə, müharibənin nə vaxt bitəcəyi ilə bağlı uşağın sualına cavab vermək xüsusilə çətindir, çünki cavab yoxdur. Bununla belə, birinci xanım bildirib ki, hər halda oğlunun məktəbə getmək imkanı olduğuna sevinir, çünki məktəbdə Ukraynanın bir çox başqa məktəblərində olmayan sığınacaq var.
"Təəssüf ki, hər bir Ukrayna məktəbində belə deyil. Ukraynada uşaqların demək olar ki, 1/3-i yalnız onlayn rejimdə təhsil alır. Yəni, artıq 2 ildir məktəbə getməyən uşaqlar var", deyə Zelenskaya bildirib.
Zelenskayaya görə, indi onun arzusu bütün ukraynalılar kimi, nəhayət, normal fiziki və ruhi vəziyyətdə bu müharibənin sonuna çatmaqdır.
Gundemxeber.az
8-07-2022, 12:10
2-05-2019, 22:13
17-03-2021, 15:39
10-08-2023, 14:00
9-03-2023, 15:31
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?