Gundemxeber.az » Dünya » Saakaşvili Gürcüstanda siyasətə qayıda bilərmi?...
Gürcüstanın ədliyyə naziri Saakaşvilinin siyasətə qayıda biləcəyi iləbağlı sualı cavablandırıb...
“Məhkum edilmiş eks-prezident Mixail Saakaşvili Ukrayna vətəndaşıdır və Gürcüstanda siyasi fəaliyyətdə iştirak etmək hüququna malik deyil”.
Gundemxeber.az xarici mediaya istinadən xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze deyib.
Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti Saakaşvili 2021-ci il oktyabrın 1-də vətənində saxlanılıb. Siyasətçi səkkiz ildə sonra ona qarşı bir neçə cinayət işinin qaldırıldığı ölkəyə gizli yolla gəlib. Həbs edildikdən sonra Saakaşvili aclıq aksiyasına başlayıb və səhhəti kəskin şəkildə pisləşib. Vəkil Şalva Xaçapuridze qeyd edib ki, müvəkkilində ondan çox xəstəlik aşkarlanıb.
Ukrayna parlamenti, daha sonra isə müxalif “Mtavari Arxi” televiziya şirkətinin təsisçisi Nika Qvaramiya və keçmiş prezidentin özü əfv tələbi ilə hazırkı dövlət başçısı Salome Zurabişviliyə müraciət edib.
Saakaşvili bu ilin oktyabrın 26-da keçiriləcək parlament seçkiləri öncəsi qurduğu Vahid Milli Hərəkat partiyasının seçki kampaniyasına qoşulmaq qərarına gəldiyini də bildirib. Buna qarşı ədliyyə naziri Rati Breqadze xatırladıb ki, Saakaşvili hazırda Gürcüstan deyil, Ukrayna vətəndaşıdır.
“Buna görə də o, Gürcüstan siyasətində iştirak edə bilməyəcək. O, gürcü siyasətçisi deyil. Ona görə də onun əfv olunmasının Gürcüstanda depolarizasiyaya töhfə verəcəyini söyləmək istər hüquqi, istərsə də siyasi məntiq baxımından mənim üçün tamamilə anlaşılmazdır”, deyə Breqadze qeyd edib.
Nazirin sözlərinə görə, əcnəbi vətəndaşın ölkədə siyasi fəaliyyətə çağırışları, eləcə də Gürcüstanda cinayət törətmiş və burada cəza çəkən Saakaşvilinin depolarizasiyaya təsir göstərməsi barədə bəyanatlar tamamilə qəbuledilməzdir.
“O, Gürcüstan vətəndaşı deyil, aktiv və ya passiv səsvermə hüququna malik deyil və deputat ola bilməz”, deyə Breqadze bildirib. Bundan əvvəl Gürcüstan prezidenti Salome Zurabişvili Mixail Saakaşvilinin əfv edilib-edilməməsi ilə bağlı qərarı dövlət başçısının mənəvi məsuliyyəti adlandırıb və vurğulayıb ki, “bu, xarici və ya daxili təzyiqin təsir edə biləcəyi məsələ deyil”.
Gundemxeber.az
2-04-2018, 10:07
10-10-2018, 14:42
3-10-2017, 17:38
15-12-2022, 11:35
26-01-2018, 18:55
Sorğu
Yeni dizaynımız necədir?