Husilər Ədən körfəzində Barbados bayrağı ilə hərəkət edən “True Confidence” gəmisinə atəş açıblar.
Gundemxeber.Az xarici mediaya istinadla bildirir ki, Böyük Britaniyanın Sənadakı səfirliyi də təsdiq edib.
Öz növbəsində ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı da hücumu təsdiqləyərək üç dənizçinin öldüyünü, daha dörd dənizçinin xəsarət aldığını açıqlayıb.
Qeyd edək ki, Yəmənin böyük hissəsinə nəzarət edən və İran tərəfindən dəstəklənən husilər daha əvvəl Qırmızı dənizdən keçərək İsrailə gedən istənilən gəmiyə hücum edəcəklərini bildiriblər.
Husilər bu yolla HƏMAS qruplaşmasına dəstək verdiklərini bildiriblər.
Sorğu
Yeni dizaynımız necədir?