Gundemxeber.az » Dünya » Britaniya və ABŞ Yəməndə husilərin hədəflərinə yeni zərbələr endirib
Böyük Britaniya və ABŞ Yəmənin "Ənsar Allah" hərəkatının (husilər) mövqelərinə növbəti zərbələr endirib.
Bu barədə husilərin nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.
Məlumata görə, Yəmənin Hudeyda əyalətindəki Ras İsa limanının ərazisi iki dəfə vurulub.
Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Qəzza zolağında Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən sonra Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının nümayəndələri İsrailə zərbələr endirəcəklərini və onunla əlaqəli gəmilərin İsrail sularından keçməsinə icazə verməyəcəklərini açıqlayıblar.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının hesablamalarına görə, husilər keçən ilin noyabrın ayının ortalarından bəri Qırmızı dənizdə 20-dən çox mülki gəmiyə hücum edib.
Gundemxeber.az
6-05-2016, 02:25
12-01-2024, 13:12
30-01-2024, 12:33
3-04-2015, 13:24
5-05-2016, 00:16
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?