Gundemxeber.az » Dünya » Rusiyada vurulan PUA-nın qalıqları klinikaya düşüb, xəstələr təxliyə edilib
Rusiyanın Kursk vilayətində vurulan pilotsuz uçuş aparatının qalıqları klinikanın üzərinə düşüb.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, hadisə ilə bağlı xəsarət alan olmasa da partlayış təhlükəsi səbəbindən qonşu binadan xəstələr təxliyə edilib.
"Kurskda vurulan Ukraynaya məxsus PUA-nın qalıqları Soyuznayadakı 6-cı klinikanın damına düşüb, dam örtüyü 22 kvadratmetr zədələnib. Tələfat olmayıb. Lakin partlayış təhlükəsi səbəbindən xəstələr reanimasiyadan çıxarılıb. Qonşu xəstəxana binasının tibb məntəqəsi, işçilər və digər xəstələr isə təhlükəsiz yerə təxliyə edilib”, - deyə qubernator Roman Starovoyt "Telegram" kanalında yazıb.
Gundemxeber.az
11-05-2020, 16:20
12-11-2014, 20:27
27-08-2017, 21:24
9-10-2018, 10:15
28-08-2023, 14:27
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?