GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Əfqanı dünyanı oyadır, qara bəxti oyanmır – milyonlarla didərgin əfqanın acı həyatı

Əfqanı dünyanı oyadır, qara bəxti oyanmır – milyonlarla didərgin əfqanın acı həyatı

Tarix: 11-03-2024, 10:11 Bölmə :Dünya Baxış: 144


Dünyada 5 ən bədbəxt xalq varsa, biri və birincisi əfqanlardır. Bir əsrə yaxındır ki, bu ölkədə silahlı münaqişələr davam edir. Arada bir neçə illik qısa sabitlik dönəmi olur, sonra yenə qan su yerinə axır. Yarım əsrdir ki, bu ölkədə heç qısa sabitlik dövrü də olmur.

Uzun illər davam edən partizan müharibəsindən sonra, ABŞ hərbi kontingentinin Əfqanıstanı tərk etməsi nəticəsində “Taliban” təşkilatının asanlıqla hakimiyyətə gələn gəlməsindən sonra olkədə humanitar vəziyyət daha da ağırlaşıb.

Milyonlarla əfqan dözülməz şəraitə görə evlərini tərk etməyə, qonşu ölkələrə qaçmağa və yalnız beynəlxalq yardıma arxalanmağa məcbur olublar. Qaçqınlar çöllərdə açıq havada yerləşən düşərgələrdə yaşayırlar.

owl_wide_1200_e2c13a0b9ba4f237720275989c49d65b.jpg (220 KB)

Əfqanların səhrada necə sağ qalmağa çalışdıqları, Əfqanıstandakı humanitar böhran, BMT və digər beynəlxalq təşkilatların problemi niyə həll edə bilməməsi haqqında dünya mətbuatında tükürpədən materiallar, fotolar dərc olunmaqdadır.

Pakistan-Əfqanıstan sərhədi yaxınlığındakı Torkham düşərgəsindəki əfqan qaçqınlar, Əfqanıstan, 3 noyabr 2023-cü il.

Davam edən münaqişələr səbəbindən Əfqanıstan əhalisinin əhəmiyyətli bir hissəsi evlərindən didərgin düşüb. 6 milyona yaxın əfqan dünyanın 100-dən çox ölkəsinə sığınıb. Daha 3,5 milyon insan öz ölkəsinin başqa bölgələrində yeni sığınacaq axtarmağa məcburdur - onlar məcburi köçkündürlər.

owl_wide_1200_6c0a59366965c7eee8408c7146139a25.jpg (201 KB)

40 milyonluq Əfqanıstan əhalisinin üçdə ikisi - 28 milyonu yalnız beynəlxalq yardım sayəsində yaşayır. Problem son illərdə daha dakəskinləşib: 2021-ci ilin əvvəlində cəmi 18 milyon insanın humanitar yardıma var idi. Hazırda 20 milyondan çox əfqan qida çatışmazlığı ilə üzləşir.

BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib ki, Əfqanıstanın köçkünlük böhranı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının yetmiş illik tarixində ən böyük və ən uzun sürən böhranlardan biridir.

Əfqanıstanın şərqindəki çöl yüz minlərlə insanla doludur. Onlar ən yoxsul sakinlər hesab olunurlar. Bəziləri çadırlarda yaşayır, lakin açıq havada, qumun üstündə oturaraq, döşəklər çarpayılar, yastıqlar, xalçaların üstündə yaşayanlar da çoxdur.

owl_wide_1200_4cdaa14db5d67e4f66a647f3de0bf502.jpg (335 KB)

Onlar kifayət qədər qida ala bilmir və ağır xəstəliklərdən əziyyət çəkirlər. Qışda qaçqınların dağ küləklərinin soyuğunda isinmək üçün odunları çatmır.

Torkham, Əfqanıstan, Pakistan-Əfqanıstan sərhədindəki qaçqın düşərgəsinin ümumi görünüşü, 3 noyabr 2023-cü il

Münaqişənin nəticələri qadınlar və uşaqlar üçün xüsusilə ağırdır. Onların hüquqları təhlükə altındadır, uşaqlar məktəbə gedə bilmir və qida çatışmazlığından əziyyət çəkir, çox vaxt dilənçilik etməyə məcbur olurlar.

owl_wide_1200_6fe880a543f437abc611c7e699f033c7.jpg (222 KB)

Azyaşlı qızları ərə vermək qaçqınlar üçün gəlir əldə etməyin yollarından biridir. Valideynlər yeniyetmə qızlarını ailəyə bir şey ödəməyə hazır olanlara ərə verirlər.

“Səhrada şəhər”in yaranmasının səbəblərindən biri Pakistan hakimiyyətinin Əfqanıstandan olan qaçqınları öz vətənlərinə deportasiya etmək qərarıdır. Pakistanda onların sayı çoxdur. Ötən ilin oktyabr-dekabr ayları arasında yarım milyon əfqan Pakistandan çıxarılıb.

Deportasiya, BMT-nin hesablamalarına görə, 2 milyona qədər qeyri-qanuni immiqrantı əhatə edə bilər.

Yüz minlərlə əfqan hələ rəsmi deportasiya edilməzdən əvvəl həbs olunmaqdan qorxaraq Pakistanı tərk etməyə başlayıb.

owl_wide_1200_45bfa6bed26416f1fb1432f36de68f57.jpg (288 KB)

Köçkünlər deportasiyadan sonra vəziyyətlərində dramatik dəyişiklikləri təsvir edirlər. Məsələn, qaçqınlardan biri 30 ildən artıq Pakistanın Pişəvər şəhərində öz evində yaşayıb və indi o, arvadı və uşaqları gecələrini yerdə, çadırsız, parçaya bükülmüş vəziyyətdə keçirməyə məcburdurlar.

Əfqan qaçqınlar Torkham düşərgəsində qeydiyyatdan keçmək üçün gözləyirlər, Əfqanıstan, 3 noyabr 2023-cü il.

Köçkünlərin bir çoxu İranda iş tapmaq və bu yolla ailəsini dolandırmaq istəyir. Ona görə də 12-20 yaşlı çox gənclər İrana can atırlar. Hər ay minlərlə insan Zaranc şəhəri yaxınlığında Əfqanıstan-İran sərhədini keçməyə çalışır.

“Onlar gecənin qaranlığında qaçaqmalçıların köməyi ilə nərdivanlardan istifadə edərək sərhəd divarını aşır və digər tərəfə tullanırlar”, - “Associated Press” reportyorları bu riskli marşrutu təsvir edir. Amma çox vaxt İran sərhədçiləri onların qarşısını alır, qaçqınları tutaraq düşərgələrə qaytarırlar.

owl_wide_1200_891caa510a8a1d0a1e51d74d807df0ca.jpg (117 KB)

BMT Əfqanıstandakı vəziyyətdən son dərəcə narahatdır. BMT-nin İnsan Hüquqları İdarəsinin sözçüsü Ravina Şamdasani deyib ki, deportasiya ilə üzləşənlərin çoxu Əfqanıstana qaytarıldı təqdirdə, əsassız həbslərə, işgəncəyə, qəddar rəftara məruz qalacaqlar.

BMT Pakistanı deportasiyaları dayandırmağa çağırır və bunun mövcud humanitar böhranı daha da pisləşdirəcəyini bildirir.

owl_wide_1200_ee9141bac1582e6e8c5c8c888290a52e.jpg (207 KB)

BMT-nin çağırışlarını dəstəkləyə Avropa təşkilatları tərəfdaş ölkələrdən qaçqınlar üçün əlavə humanitar yardım göstərməyi xahiş edirlər.

Əfqan qaçqınlarının gələcəyi qeyri-müəyyəndir və hətta beynəlxalq dəstək onların problemlərini həll edə bilməz./musavat.com/


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Taliban” 15 vilayət mərkəzini ələ keçirdi – Qəndəhar, Qəznə, Herat artıq taliblərin əlindədir

    “Taliban” 15 vilayət mərkəzini ələ keçirdi – ...

    13-08-2021, 13:31

  • 
  • BMT: Venesueladan qaçan insanlar qorunmalıdır, deportasiya edilməməlidir

    BMT: Venesueladan qaçan insanlar qorunmalıdır, ...

    24-05-2019, 11:28

  • 
  • Tramp: Əfqanıstandakı ABŞ qüvvələrinin sayı "qısa müddətdə" 4000-ə qədər azaldılacaq

    Tramp: Əfqanıstandakı ABŞ qüvvələrinin sayı ...

    5-08-2020, 15:33

  • 
  • Putin: "Bakı Beynəlxalq Humanitar Forumu dünyada nüfuz qazanıb"

    Putin: "Bakı Beynəlxalq Humanitar Forumu ...

    29-09-2016, 12:51

  • 
  • UNİCEF: Milyonlarla miqrant uşağın həyatı təhlükədədir

    UNİCEF: Milyonlarla miqrant uşağın həyatı ...

    19-12-2017, 11:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu