Gundemxeber.az » Dünya » Argentinada prezident və hökumət üzvlərinin maaşlarını artıran nazir müavini işdən qovuldu
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, Argentina prezidenti Xavyer Miley bildirib ki, o, dövlət başçısı və hökumət üzvlərinin maaşlarının artırılması ilə bağlı yaranmış qalmaqaldan sonra əmək nazirinin müavinini işdən çıxarıb.
“Mən əmək nazirinin müavinini işdən çıxartdım. İndi ona bu barədə məlumat verilir. Mən onu yol verilməməli olan səhvə görə işdən çıxartdım”, - deyə Miley televiziya efirində deyib.
Dövlət başçısının sözlərinə görə, o, artıq maaş artımının ləğvi ilə bağlı sərəncam imzalayıb.
“Gələn ay bu artım ödənişlərindən çıxılacaq”, - deyə Miley əlavə edib.
Qeyd edək ki, martın doqquzunda müxalifətçi deputat Viktoriya Tolosa Pas “X”də (keçmiş “Twitter”) yazıb ki, yanvar-fevral aylarında prezident və hökumət nazirlərinin maaşları 48% artıb. Qanunvericinin sözlərinə görə, dövlət başçısı ayda altı milyon peso (6,7 min dollar) almağa başlayıb. Bundan sonra Miley “X”də artımdan xəbəri olmadığını və onu ləğv edəcəyini yazıb.
GUNDEMXEBER.AZ
21-01-2018, 18:00
16-11-2018, 11:41
2-12-2013, 12:54
30-09-2017, 17:46
2-12-2013, 18:06
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?