Gundemxeber.az » Dünya » Qətər Qəzzada atəşkəsə dair danışıqlar aparır
Qəzza zolağında aparılan atəşkəs üzrə danışıqlar Ramazan ayının başlaması ilə intensivləşib.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, bu barədə Qətərin xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani bildirib.
“Danışıqlar cəhdləri davam edir və indi Ramazan ayında daha da güclənib”, - Qətər naziri deyib.
O, həmçinin Qəzza zolağına humanitar yardım üçün quru dəhlizlərinin heç bir məhdudiyyət olmadan açılmasının vacibliyini qeyd edib.
“Dəniz dəhlizi quru dəhlizlərini əvəz edə bilməz”, - Qətər xarici işlər naziri humanitar yardım daşıyan ilk gəminin çərşənbə axşamı səhər Kipr limanından Qəzza zolağına yola düşməsi ilə bağlı xəbərləri şərh edərkən deyib
GUNDEMXEBER.AZ
23-11-2023, 21:02
26-02-2017, 23:48
7-07-2017, 11:32
10-01-2024, 16:06
7-12-2012, 11:02
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?