Gundemxeber.az » Dünya » Avropa Parlamenti dünyada ilk süni intellekt qanununu qəbul etdi
Martın 13-də Avropa Parlamenti süni intellekt haqqında qanun qəbul edib.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, bu qanun vətəndaşların əsas hüquqlarına və təhlükəsizliyinə təminat verməlidir.
Müvafiq sənədin lehinə 523, əleyhinə 46 deputat səs verib, 49 nəfər isə bitərəf qalıb.
Qanunun məqsədi innovasiyaları stimullaşdırmaqla yanaşı, fundamental hüquqlar, demokratiya, qanunun aliliyi və ekoloji davamlılığı yüksək riskli süni intellektdən qorumaqdır.
Yeni qaydalara vətəndaşların hüquqlarını təhdid edən bəzi süni intellekt tətbiqlərinə qadağa daxildir.
Qanun həmçinin, müəyyən edilmiş hallar istisna olmaqla, hüquq-mühafizə orqanları tərəfindən biometrik identifikasiya (RBI) sistemlərinin istifadəsini qadağan edir.
GUNDEMXEBER.AZ
15-11-2017, 15:23
13-11-2013, 14:12
27-02-2024, 13:27
1-02-2017, 00:13
24-12-2013, 14:59
Sorğu
Yeni dizaynımız necədir?