Gundemxeber.az » Dünya » Belqorodda döyüş gedir: Ukrayna kəşfiyyatı Rusiya ərazisinə girməyə çalışır
Rusiyanın Belqorod vilayətində, sərhədə yaxın ərazidə Rusiya hərbçiləri ilə Ukrayna diversiya-kəşfiyyat qrupu arasında döyüşlər gedir.
Bu barədə “SHOT” “Telegram” kanalı öz mənbələrinə istinadən məlumat verib.
Mənbənin sözlərinə görə, 30 nəfərdən ibarət Ukrayna diversiya-kəşfiyyat qrupu Rusiya ərazisinə girməyə cəhd edir. Döyüşlər zamanı 12 ukraynalı hərbçi öldürülüb, iki “Bradley” maşını isə məhv edilib.
Qrup Ukraynanın Popovki kəndindən Spodaryuşino kəndinə yaxınlaşıb. Hazırda o istiqamətdə ciddi döyüşlər gedir. Aviasiya qüvvələrinin havaya qaldırıldığı bildirilir.
Həmçinin, Qrayvoron və Kozinka da atəş altındadır.
Eyni zamanda, Belqorod şəhərinə Ukrayna tərəfindən raket hücumları davam edir.
Sosial şəbəkələrdə səhər saatlarında baş verən partlayışların görüntüləri yayılıb. Videoda raketin yola düşməsinin və avtomobilin alovlanmasının görüntüləri əks olunub.
Partlayış nəticəsində avtomobilin sürücüsü ölüb, daha üç nəfər isə yaralanıb.
Şəhər meri hava hücumundan müdafiə sisteminin işə düşdüyünü və səkkiz hava hədəfinin vurulduğunu qeyd edib.
Gundemxeber.az
18-02-2020, 11:33
1-03-2016, 18:41
12-01-2023, 16:00
26-03-2014, 23:17
18-02-2020, 12:55
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?