Qəzza zolağında münaqişə başlayandan bəri 600-ə yaxın İsrail əsgəri həlak olub.
Gundemxeber.Az xəbər verir ki, bu barədə “Yedioth Ahronot” qəzeti İsrail Müdafiə Qüvvələrinə (IDF) istinadən məlumat yayıb.
"Müharibə başlayandan 593 İsrail əsgəri həyatını itib. Onlardan 250-si Qəzza zolağında quru əməliyyatı başlayandan sonra həlak olub", - deyə nəşr yazır.
Qeyd edək ki, 7 oktyabr 2023-cü ildə HƏMAS silahlıları İsrailə hücum edib. 1,2 mindən çox insan hücumun qurbanı olub, 240 nəfər girov götürülüb. Buna cavab olaraq İsrail Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyata başlayıb.
İsrailin hərbi əməliyyatı başlayandan bəri Qəzza zolağında ölənlərin sayı 31,7 min nəfəri keçib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?