Gundemxeber.az » Dünya » Paşinyanın komandasında PARÇALANMA
Ermənistan Baş naziri Nikol Paşinyanın komandasında birlik pozulub.
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, saxili və xarici siyasi məsələlərində Nikol Paşinyanın rəhbərlik etdiyi partiyanın üzvləri onun fikrini bir nəfər kimi təkrarlasa da, partiyada əvvəlki birlik yoxdur.
Nəşrin mənbələrinin sözlərinə görə, hakim komanda daxilində 2 əks qütb yaranıb - Nikolçular və Qriqoryançılar.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan həmişə güclü qərbpərəstlik nümayiş etdirir, Rusiya əleyhinə bəyanatlar verir. Buna baxmayaraq o, Ermənistanın Avropa İttifaqına üzvlüyünə namizəd olmaq ərizəsinin müzakirəsi zamanı Paşinyanın istəyinə qarşı çıxıb və mövqeyi ilə hakim partiyanın üzvlərini təəccübləndirib.
Qriqoryan müzakirələr zamanı Rusiya Federasiyası ilə bağlı müsbət mövqe bildirməsə də, Ermənistanın Rusiya Federasiyasından asılılığının və Moskvadan uzaqlaşmanın mənfi nəticələri olacağını düşünür.
"Qriqoryan belə mövqenin tərəfdarıdır ki, Ermənistanın inkişafı regional formatda mümkündür və burada Rusiyanın mühüm rolu var. İstisna deyil ki, iqtidar öz reytinqinin aşağı düşdüyünü anlayaraq növbəti seçkilərdə komanda daxilində “müxalifət” qüvvəsi formalaşdırmağa çalışır”, - məqalədə deyilir.
Gundemxeber.az
9-01-2019, 13:20
16-07-2018, 15:00
19-09-2019, 12:44
2-05-2018, 14:47
2-07-2018, 09:14
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?