Gundemxeber.az » Dünya » Tramp: “ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik”
Gundemxeber.az xarici mediaya istinadla bildirir ki, ABŞ-nin keçmiş prezidenti Donald Tramp maliyyə vəziyyətinin pisləşməsi fonunda öz brendi altında İncil satışına başlamaq qərarına gəlib.
“ABŞ-ni yenidən dua oxumağa məcbur etməliyik”, - deyə o bildirib.
59,99 dollar dəyərində olan dəstdə Kral Ceymsin İncil, Trampın mitinqlərdə səhnəyə çıxdığı zaman səsləndirdiyi mister Qrinvudun mahnısının nəqarət hissəsinin əlyazma versiyası, həmçinin, ABŞ Konstitusiyası, “Hüquqlar haqqında bill”, Müstəqillik bəyannaməsi və “Bayrağa beyət” əhdinin surətləri daxildir.
“Bütün amerikalıların evdə Müqəddəs Kitaba ehtiyacı var, məndə isə bu kitabdan çox var. Bu mənim sevimli kitabımdır”, - deyə Tramp qərarını açıqlayıb.
Biznes razılığının təfərrüatı ilə tanış olan mənbəyə istinadən bildirilir ki, Tramp bu dəstləri öz adından satmır, lakin o, alışdan qonorar alır.
Qeyd olunur ki, bu il prezidentliyə namizədliyini irəli sürən Tramp öz kampaniyasını xristian dəyərlərini solçu qüvvələrdən müdafiə etmək üçün səlib yürüşü kimi qələmə verib. Dini media qurultaylarının birində o, demokratların xaçları yıxmaq istədiklərini vurğulayıb.
Gundemxeber.az
29-01-2017, 21:01
17-02-2016, 17:39
26-09-2017, 17:32
8-11-2018, 11:59
13-06-2019, 16:15
Sorğu
Yeni dizaynımız necədir?