Polşa hakimiyyət orqanları respublikadakı Ukraynadan olan uşaqların dəqiq sayını bilmir.
Gundemxeber.Az xəbər verir ki, bunu Polşa Daxili İşlər və Administrasiyasının rəhbərinin müavini Maçey Duşçik deyib.
"PESEL sistemində (fərdi nömrə-red.) Ukraynadan 380 min məktəb yaşlı uşaq var. Polşada onlardan neçəsi var? Biz bunu bilmirik", deyə məmur bildirib.
Ümumilikdə Polşada 1 milyona yaxın ukraynalı qaçqın var.
Bundan əvvəl Duşçik bildirib ki, Ukraynadan olan qaçqınların yerləşdirilməsi üçün Polşa mərkəzlərinin sahibləri onların sənədlərini əllərindən almağa və onları pulsuz işləməyə məcbur etməyə başlayıblar.
O vurğulayıb ki, martın 29-da Daxili İşlər Nazirliyi ukraynalı qaçqınların yerləşdirildiyi özəl mərkəzlərə kompensasiyaların ləğvini nəzərdə tutan qanun layihəsini təqdim edəcək. Mövcud qanunvericiliyə görə, ukraynalı qaçqınları pulsuz yerləşdirən istənilən Polşa vətəndaşı onların hər biri üçün təxminən 10 dollar alır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?