Gundemxeber.az » Dünya » “Crocus City Hall”da terror aktı törətməkdə təqsirləndirilən şəxsin arvadı xəstəxanaya düşüb
“Crocus City Hall”da terror aktı törətməkdə təqsirləndirilən Dalerjon Mirzoyevin həyat yoldaşı terror aktından xəbər tutanda xəstəxanaya düşüb.
Gundemxeber.az xəbər verir ki, bu barədə onun valideynlərinin qonşusu “RIA Novosti”yə müsahibəsində bildirib.
“Terror aktı ilə bağlı xəbəri eşidəndə qadın dərhal huşunu itirdi və hələ də xəstəxanada reanimasiyada yatır”, - deyə qonşular bildiriblər.
Həmçinin təqsirləndirilən şəxsin atası qeyd edib ki, Dalerjon Mirzoyev valideynlərinə martın 24-25-də Rusiyadan Tacikistana qayıdacağını deyib. Onun sözlərinə görə, oğlu mütəmadi olaraq Rusiyadan zəng edərək anası, arvadı və bacısı ilə uzun müddət danışırmış, pul göndərirmiş.
Xatırladaq ki, “Crocus City Hall”da baş vermiş terror aktı ilə bağlı cinayət işində iştirak edən Dalerjon Mirzoyev günahını tam etiraf edib.
Gundemxeber.az
29-03-2024, 22:58
26-03-2024, 10:28
18-07-2013, 12:47
17-01-2015, 02:11
17-01-2015, 02:17
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?