Gundemxeber.az » Dünya » Qəzzada beynəlxalq könüllülər həlak oldular: Netanyahu insidenti faciəvi adlandırdı
İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağında “World Central Kitchen” humanitar təşkilatının 7 işçisinin həlak olduğu insidenti faciəvi adlandırıb...
Gundemxeber.az bildirir ki, bu barədə İsrailin “Haaretz” nəşrində məlumat verilib.
“Bu faciəli hadisədir, bizim qüvvələrimiz Qəzza zolağındakı günahsız insanları qəsdən vurmayıblar. Müharibədə belə hallar baş verir. Biz hər şeyi sona qədər araşdıracağıq”, - deyə Netanyahu bildirib.
Baş nazirin sözlərinə görə, İsrail hakimiyyəti ölənlərin vətəndaşı olduqları ölkələrin hakimiyyət orqanları ilə əlaqə saxlayır.
“Bunun bir daha baş verməməsi üçün hər şeyi edəcəyik”, - deyə Benyamin Netanyahu qeyd edib.
Xatırladaq ki, “World Central Kitchen” humanitar təşkilatı aprelin 2-də İsrailin hücumu nəticəsində yeddi əməkdaşının həlak olduğunu bildirib ki, onların sırasında Avstraliya, Böyük Britaniya, Fələstin və Polşa vətəndaşları, habelə ABŞ və Kanadanın ikili vətəndaşı olub.
Gundemxeber.az
19-11-2018, 11:10
19-11-2017, 22:02
12-04-2018, 11:07
11-09-2019, 12:11
24-04-2019, 13:27
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?