İsrailin baş naziri Benyamin Netanyahu çərşənbə axşamı Golan yüksəklərində strateji yayla üzərində suverenliyini tanımasına minnətdarlıq əlaməti olaraq, yeni bir icmaya ABŞ prezidenti Donald Trampın adının verilməsini istədiyini bildirib.
İsrail 1967-ci il müharibəsində Golan yüksəklərini Suriyadan ələ keçirib. Bu ilhaq beynəlxalq səviyyədə tanınmayıb. Tramp İsrailin Qolan üzərində suverenliyini tanıyan fərmanı ötən ay imzalayıb. Digər dünya güdrətləri ABŞ-ın bu addımını dəstəkləməyib. İsrailin baş naziri Benyamin Netanyahu Golanda yaydığı video bəyanatında "prezident Trampın tarixi qərarı israilliləro çox təsirləndirib" deyib.
Netanyahu Yəhudi Pasxa bayramından sonra "hökumətə prezident Donald Trampın adının Golan yüksəklərində yeni bir icmaya verilməsinə dair qətnaməni təqdim edəcəyini" əlavə edib.
Trampın Golan yüksəklikləri ilə bağlı addımı 2017-ci ilin dekabr ayında ABŞ-ın fələstinlilərin də iddia etdiyi mübahisəli şəhərlə bağlı on illərdir yürütdüyü siyasətini pozaraq, Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra atılıb.
İsrail bundan başqa bildirib ki, ABŞ prezidentinə təşəkkür əlaməti olaraq, Qüdsün Qərb Divarı yaxınlığında təklif olunan qatar stansiyasına onun adını vermək niyyətindədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?