Gundemxeber.az » Dünya » İspaniya yayda Fələstini dövlət kimi tanıya bilər
İspaniyanın baş naziri Pedro Sançes Madridin iyul ayına qədər Fələstin dövlətini tanımasını gözləyir...
Gundemxeber.az xəbər verir ki, EFE portalı yazıb.
"Sançes İspaniyanın iyul ayından əvvəl Fələstini bir dövlət kimi tanımasını gözləyir və əmindir ki, yaxın aylarda beynəlxalq səhnədə digər ölkələri də bu tanınmaya qoşulmağa təşviq edəcək bir sıra hadisələr baş verəcək", deyə agentliyin məlumatında qeyd edilir.
Qeyd olunur ki, Sançes İordaniya, Səudiyyə Ərəbistanı və Qətərə səfərləri əhatə edən Yaxın Şərq turunu işıqlandıran jurnalistlərlə qeyri-rəsmi görüşündə gözləntilərindən danışıb.
Martın 22-də İspaniyanın baş naziri Avropa Şurasının iclasından sonra keçirilən mətbuat konfransında bildirib ki, hökumət Fələstin dövlətinin tanınması istiqamətində ilk addımları atmaq üçün İrlandiya, Sloveniya və Malta hakimiyyətləri ilə razılaşıb. Bu dövlətlər birgə bəyanat yayaraq, uyğun şəraitdə Fələstin dövlətini tanımağa hazır olduqlarını ifadə ediblər.
Fələstini hazırda 9 Avropa İttifaqı üzv dövləti tanıyır. Səkkiz ölkə - Bolqarıstan, Kipr, Çexiya, Macarıstan, Malta, Polşa, Rumıniya və Slovakiya bu addımı 1988-ci ildə - Aİ-yə daxil olmamışdan əvvəl, İsveç isə 2014-cü ildə atmışdı.
Tərəflərin ərazi maraqları ilə bağlı Fələstin-İsrail münaqişəsi uzun onilliklər ərzində regionda gərginlik və döyüş mənbəyi olub. 1947-ci ildə BMT-nin qərarı iki dövlətin - İsrail və Fələstinin yaradılmasını müəyyən edib, lakin yalnız İsrail dövləti yaradılıb.
Gundemxeber.az
8-11-2018, 16:27
30-05-2019, 11:50
15-12-2017, 10:57
1-12-2018, 09:01
27-09-2019, 14:34
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?