İordaniya İsrail-Fələstin münaqişəsində iki dövlət variantını dəstəklədiyini bəyan edib. Tramp administrasiyasının gələn ay Bəhreyndə keçiriləcək sülh konfransında ərəblərin dəstəyini əldə etmək istədiyi bir vaxt İordaniya ilə ABŞ arasında fikir ayrılığı yaranıb.
Prezidentin müşavirləri Cared Kuşner və Ceyson Qrinblant Əmmanda İordaniya kralı İkinci Abdulla ilə görüşüb.
Rəsmi Petra agentliyinin verdiyi məlumata görə, tərəflər regional inkişaflar, xüsusilə də Fələstin-İsrail münaqişəsini müzakirə edib.
Fələstinlilər planın sülhə dair hissəsini artıq rədd edib və ərəb ölkələrini Trampın İsrailin Qüds üzərində suverenliyini tanımasını qeyd edərək konfransı boykot etməyə çağırıb. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətər konfransda iştirak edəcəklərini bəyan ediblər.
Fələstinlilərin baş naziri Məhəmməd Ştayyeh bu ayın əvvəli kabinetin iclasında İsrailin İordan çayının Qərb sahilinin işğalı kimi uzun müddətdir həllini tapmamış məsələlərin həlli üçün İsraillə siyasi razılışmanın əldə edilməsinə ehtiyacın olduğunu xüsusi vurğulayıb.
“Bizim mübarizəmiz torpaq uğrundadır, işğala son qoymaq, paytaxtı Qüds olmaqla, öz dövlətimizi yaratmaq və qaçqınları geri qaytarmaq üçündür” - deyə, o bildirib.
Məhəmməd Ştayyeh deyib ki, fələstinlilərin maliyyə böhranı onlara qarşı “maliyyə müharibəsi”nin nəticəsidir və onlar maliyyəni əldə etmək hüququndan imtina etməyəcəklər.
Ağ Evin yüksək səviyyəli rəsmisi deyib ki, maliyyə planında Qəzzənin iqtisadiyyatına külli miqdarda investisiya qoyuluşları nəzərdə tutulur. Lakin o bildirib ki, bu investisiyalar üçün sabit atəşkəs qüvvəyə minməlidir.
“Həddindən artıq çox imkan var və dünya bunun gerçəkləşdirilməsi və bunların üzərində işləməsini gözləyir. Lakin bu yalnız biz siyasi problemləri həll etdiyimizdə baş verəcək. Bu iki məsələ bir-biri ilə əlaqədardır” - deyə, o bildirib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?