Gundemxeber.az » Dünya » “Crocus City Hall”da törədilən terror aktı ilə bağlı daha üç nəfər saxlanıldı
Rusiya Federal Təhlükəsizlik Xidməti Moskva, Yekaterinburq və Omskda “Crocus City Hall”da baş vermiş terror aktında iştirak edən daha üç nəfəri saxlayıb...
Gundemxeber.az bildirir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) məlumat yayıb.
“Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Moskva, Yekaterinburq və Omsk şəhərlərində 2024-cü il martın 22-də törədilmiş terror aktında iştirak edən bir Rusiya vətəndaşını və iki xarici vətəndaşı - Mərkəzi Asiya regionundan olan mühacirləri saxlayıb”, - deyə məlumatda qeyd olunub.
Bildirilib ki, saxlanılanların ikisi terror aktında istifadə olunan odlu silah və nəqliyyat vasitələri almaq üçün pul köçürüblər. Üçüncü şəxs isə terror hücumunda iştirak edən şəxsləri toplayıb və onu törədənləri maliyyələşdirib.
Qeyd edək ki, bugünədək istintaq on müttəhimə qarşı ittiham irəli sürüb. Yusufzodaya gəlincə, o hazırda digər iş üzrə həbsdədir. Yakubconi qanunsuz miqrantlara qarşı əməliyyat zamanı polisə tabe olmadığına görə martın 26-da 12 sutkalıq həbs cəzası alıb.
Gundemxeber.az
1-04-2024, 21:57
27-03-2017, 01:52
29-03-2024, 22:58
4-10-2018, 12:15
15-12-2016, 15:11
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?