Gundemxeber.az » Dünya » Zaxarova: Rusiya Ukraynanın sponsorlarının nazı ilə oynamaq niyyətində deyil
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronun Rusiya müdafiə naziri Sergey Şoyqunun fransalı həmkarı ilə söhbətində verdiyi bir sıra bəyanatların “qəribə və təhdidedici” olduğu barədə sözlərini şərh edib...
Gundemxeber.az xəbər veror ki, Rusiya XİN təmsilçisi belə bir qiymətləndirməni rədd edib və bildirdi ki, Rusiya Ukraynaya “sponsorluq” edənlərin nazı ilə oynamayacaq.
“İddialı və hədələyici” deyil, ləyaqətli və yerində olan... Rusiya Müdafiə Nazirliyinin mesajını yenidən oxuyun. Lakin o da bilinməlidir ji, Rusiyanın Kiyev rejiminin qanunsuzluğuna himayədarlıq edənlərə dözməyə məcbur deyil. Bu dəqiqdir”, deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi öz Telegram kanalında yazıb.
Qeyd edək ki, Sergey Şoyqu aprelin 3-də Fransa müdafiə naziri Sebastien Lecornu ilə telefonla danışıb. Söhbət zamanı Sergey Şoyqu terror aktının təşkilində “Ukrayna izi” haqqında məlumatın olduğunu açıqlayıb. O, Ukrayna hakimiyyətinin “Qərb kuratorlarının razılığı olmadan heç nə etmədiyini” iddia edi. Lekornu isə terror aktı ilə bağlı başsağlığı verib və bildirib ki, Fransanın Ukraynanın bu hadisədə iştirakı barədə məlumatı yoxdur.
Bu, 2022-ci ilin oktyabrından bəri nazirlər arasında ilk telefon danışığı olub və Fransa tərəfinin xahişi ilə baş tutub.
Gundemxeber.az
21-11-2020, 14:33
29-11-2019, 10:45
13-10-2014, 16:53
13-12-2018, 15:09
25-08-2020, 14:19
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?