Slovakiyada prezident seçkisinin ikinci turu üçün səsvermə başlayıb. Seçki məntəqələri yerli vaxtla saat 07:00-da (Bakı vaxtı ilə 09:00) açılıb.
Ümumilikdə 5,5 milyon əhalisi olan respublikanın 4,3 milyona yaxın sakini səsvermə hüququna malikdir. Onlar yaxın beş ildə dövlətə kimin rəhbərlik edəcəyini müəyyənləşdirməlidirlər.
İkinci tura Slovakiya parlamentinin spikeri, “Səs - Sosial Demokratiya” Partiyasının lideri Peter Pelleqrini və respublikanın liberal keçmiş xarici işlər naziri İvan Korçok keçiblər.
Korçok və Pelleqrininin qalib gəlmək şansları demək olar ki, bərabərdir.
Səsvermə saat 22:00-a qədər davam edəcək, bundan sonra səslər bir neçə saat ərzində hesablanacaq. Seçkinin nəticələri bazar günü səhər məlum olacaq.
GUNDEMXEBER.AZ
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?