Gundemxeber.az » Dünya » Hollandiya Ukraynaya 4,4 milyard avro ayırdı
Hollandiya hökuməti 2024-2026-cı illərdə Ukraynaya yardım üçün 4,4 milyard avro ayrıldığını təsdiqləyib.
Gundemxeber.az xəbər verir ki, bu barədə 2024-cü il üçün yenilənmiş büdcə məlumatları və sonrakı illər üçün xərclər proqnozunu özündə əks etdirən saytda dərc olunan yaz memorandumunda deyilir.
"Ukraynaya hərbi və humanitar yardım üçün əlavə 4,4 milyard avro ayrılacaq", - sənəddə qeyd olunur.
Əvvəllər Hollandiyanın baş naziri vəzifəsini icra edən Mark Rutte bildirib ki, Hollandiya bu il Ukraynaya hərbi dəstək üçün əlavə 1 milyard avro ayırmağa və 2025-ci ildə yardım üçün büdcədə daha 3 milyard avro ayırmağa qərar verib. Bundan əlavə, Ukrayna iqtisadiyyatını ayaqda saxlamaq və kritik enerji infrastrukturunu təmir etmək üçün 400 milyon avro ayrılması planlaşdırılır.
Gundemxeber.az
22-06-2021, 16:51
1-02-2024, 21:32
14-03-2018, 20:00
6-11-2013, 23:00
2-09-2014, 16:24
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?