Gundemxeber.az » Dünya » Rusiya Vaşinqtonu oğurluqda ittiham etdi: “Simmetrik qərarlar qəbul etmək üçün hər cür əsasımız var”
“Vaşinqton Rusiyanın aktivləri ilə bağlı qeyri-qanuni qərar qəbul edərək, onların oğurlanmasına yol verib və indi Rusiyanın simmetrik qərarlar qəbul etmək üçün hər cür əsası var”.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, bu sözləri Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin “Telegram” kanalında deyib.
“Vaşinqton açıq şəkildə qeyri-qanuni bir qərar verərək oğurluq etdi. Bu, şübhəsiz ki, digər dövlətlərin, bizneslərin və özəl investorların ABŞ-yə olan inamını sarsıdacaq. Bu, bütün qlobal maliyyə sisteminin əsaslandığı mülkiyyət toxunulmazlığı prinsipini məhv edəcək. Belə bir qərar beynəlxalq hüquqa bərpası mümkün olmayan ziyan vuracaq, presedent yaradacaq və istənilən dövlət belə davranmaq hüququna malik olacaq”, - deyə o bildirib.
“Ölkəmizin indi xarici aktivlərlə bağlı simmetrik qərarlar qəbul etmək üçün hər cür əsası var”, - deyə Volodin vurğulayıb.
GUNDEMXEBER.AZ
3-06-2018, 00:32
25-03-2022, 18:32
2-02-2017, 23:02
1-02-2018, 12:09
1-12-2023, 23:44
Sorğu
Yeni dizaynımız necədir?