Gundemxeber.az » Dünya » İsrail Müdafiə Qüvvələrinin kəşfiyyat rəhbəri istefa verdi
İsrail Müdafiə Qüvvələrinin (İDF) Baş Qərargah Kəşfiyyat İdarəsinin (AMAN) komandiri, general-mayor Aaron Xaliva istefa verib.
GUNDEMXEBER.AZ xarici mediaya istinadla bildirir ki, o, istefa ərizəsini Baş Qərargah rəisi Qersi a-Leviyə təqdim edib.
Xaliva hələ 2023-cü ilin oktyabrında istefa vermək niyyətini açıqlamışdı və oktyabrın 7-də hərbi kəşfiyyatın uğursuzluğuna görə məsuliyyət daşıdığını bildirmişdi.
Xatırladaq ki, aprelin əvvəlində İDF Baş Qərargahının hərbi kəşfiyyat idarəsinin analitik şöbəsinin komandiri, briqada generalı Amit Saar da istefa verdiyini açıqlayıb.
Saar 2020-ci ildən AMAN-ın əsas bölməsinə rəhbərlik edib və Qəzza zolağı üzrə ekspert hesab olunub. O da oktyabrın 7-dəki uğursuzluğa görə məsuliyyəti öz üzərinə götürüb. Lakin istefa səbəbi sağlamlıqla bağlı olub, Saara xərçəng diaqnozu qoyulub.
GUNDEMXEBER.AZ
15-10-2015, 13:06
14-11-2018, 15:33
19-02-2016, 16:16
18-11-2015, 14:13
12-11-2020, 21:23
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?