Ukraynanın baş prokuroru istefa ərizəsini təqdim edib. Prezident Petro Poroshenko-nun sözçüsü tvitterdə yazıb.
Sviatoslav Tsegolko fevralın 19-da yazıb ki, Prezident Administrasiyası Viktor Shokin-dən istefa ərizəsini qəbul edib.
Baş prokurorun müavini Vitaliy Kasko fevralın 15-də istefa vermişdi. Bundan sonra Shokin-i də istefa çağıranlar artmışdı. Onu korrupsiya təhqiqatlarını əngəlləməkdə suçlayırlar.
Hələ fevralın 16-da Shokin-in də istefası barədə məlumatlar yayıldı, ancaq daha sonra uzunmüddətli məzuniyyətə çıxdığı bildirildi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?